BİZNES

Azərbaycan sahibkarları Səudiyyəyə dəvət olunurlar
02 SENTYABR
285

Azərbaycan sahibkarları Səudiyyəyə dəvət olunurlar

2016-09-02 09:39:00

Oktyabrın 2-5-də Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə “Saudi Agriculture 2016” 35-ci beynəlxalq kənd təsərrüfatı, su və aqrar sənaye sərgisi keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) bildiriblər ki, ölkəmizdə fəaliyyət göstərən sahibkarlar və iş adamları sərgidə iştiraka dəvət olunurlar. “Saudi Agro-Food 2016” və “Saudi Food-Pack 2016” sərgiləri ilə paralel təşkil olunan “Saudi Agriculture 2016” sərgisi kənd təsərrüfatı sektorunda ən son texnologiya, avadanlıq və xidmətlər təqdim edən aparıcı yerli və beynəlxalq şirkətləri bir araya gətirəcək.

Daha ətraflı məlumatı http://saudi-agriculture.com/internet səhifəsindən əldə etmək olar.

Mənbə: Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272