BİZNES

İsmayıllıda suvenir zavodu tikilir
01 SENTYABR
356

İsmayıllıda suvenir zavodu tikilir

2016-09-01 09:32:00

Velosiped istehsalı zavodunun açılışı zamanı ölkə başçısı İsmayıllı rayon ictimaiyyəti nümayəndələri ilə görüşərkən xalçaçılığın, fındıqçılığın, arıçılığın, ümumilikdə kənd təsərrüfatının inkişafı, torpaqlardan daha səmərəli istifadə olunması, turizmin gəlirli sahəyə çevrilməsi, elektrik enerjisi istehsalının artırılması, kiçik ailə təsərrüfatlarının yaradılması ilə əlaqədar tapşırıqlar verib.

Rayon icra hakimiyyəti bütün bu məsələlərin icrasını təmin etmək məqsədilə 31 avqust 2016-cı il tarixdə fəallar yığıncağı çağırıb.

Yığıncağı giriş nitqi ilə açan rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov bildirib ki, təqdim olunan cari və perspektiv layihələr möhtərəm Prezident İlham Əliyev tərəfindən bəyənilib və o, həmin layihələrin icrasına dəstək verəcəyini bildirib.

"Geniş təfsilata varmadan demək istərdim ki, Prezident İlham Əliyevin səfər zamanı verdiyi tapşırıqlarla – xalçaçılığın, sahibkarlığın, fındıqçılığın və arıçılığın, ümumilikdə kənd təsərrüfatının, sənayenin, ailə təsərrüfatlarının inkişafı və yenilərinin yaradılması, baramaçılığın, tütünçülüyün bərpası ilə əlaqədar tədbirlər planı və fəaliyyət proqramı hazırlanıb. “Günəş-park” istirahət və əyləncə mərkəzi orjinallığı ilə diqqəti cəlb edir. “Zəngəzur” istirahət mərkəzi istirahət və əlillərin bərpa mərkəzi kimi istifadəyə veriləcək. Burada son tamamlama işləri gedir. Qalınçaq ərazisində ildə 1000 ton ət istehsal edəcək hind quşu fabrikinin, 1500 başlıq Keyvəndi heyvandarlıq kompleksinin, suvenirlər-farfor zavodunun, meyvə-tərəvəzin qablaşdırılması müəssisəsinin tikintisi davam etdirilir.

Ə.Xəqani küçəsində 172 nəfərin işləyəcəyi xalça fabrikinin, Heydər Əliyev prospektində üçulduzlu beşmərtəbəli otelin tikintisinə başlanıb.

Yeni infrastruktur layihələri daha çox diqqət mərkəzindədir və onların icrası üçün bütün rayon ictimayyəti səfərbərdir. Bu səfərbərliyin hər günü onunla nəticələnir ki, yeni-yeni kiçik və ya böyük həcmli istehsal-emal müəssisələri yaradılır, iş yerləri açılır, sahibkarlıq fəaliyyəti genişlənir",- İcra başçısı bildirib.

Fəallar yığıncağında müasir dövrün tələblərinə uyğun çıxışlar oldu. “Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu” MMC-nin direktoru, akademik Arif Həşimov, “Zəngəzur” istirahət və əlillərin bərpa mərkəzinin icraçı direktoru İlham Abbasov, “Günəş-park” istirahət və əyləncə mərkəzinin icraçı direktoru Sərxan İsgəndərov, Rayon Veteranlar Şurasının sədri Əlaləm Babayev, aqronom-fermer Akif Əsədov çıxış etdilər. Hər bir çıxış edən tədbir iştirakçısı mənsub olduğu fəaliyyət sahəsi ilə bağlı İsmayıllının gələcək inkişaf potensialını və perspektiv inkişafını şərh edib. Enerji istehsalının artırılması və qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının inkişafı ilə əlaqədar dəyərli fikirlər söylənib. 

Mənbə: Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272