BİZNES

Ukrayna şirkəti Azərbaycan sahibkarlarına əməkdaşlıq təklif edib
29 AVQUST
284

Ukrayna şirkəti Azərbaycan sahibkarlarına əməkdaşlıq təklif edib

2016-08-29 10:24:00

Ukraynanın "Divali Qrup" MMC şirkəti Azərbaycandakı taxıl məhsulları kombinatları və buğda ununun topdan satıcıları ilə əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlıdır.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) bildiriblər ki, ölkəmizlə əməkdaşlıq niyyətində olan "Divali Qrup" MMC sahibkarlarımıza kommersiya təklifi edir. Şirkət Ukraynada buğda unu istehsalı və satışı üzrə yüksək texnologiyalı müəssisə olan "Aqrodar" XSC-nin rəsmi distribütörüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272