BİZNES

Index Qrup Bakıda ofis açır
26 AVQUST
302

Index Qrup Bakıda ofis açır

2016-08-26 11:59:00

Türkiyənin Index Qrup disribyutor şirkəti xaricə açılır.

Qrupun "Oracle" ilə əməkdaşlıq edən "Artım AŞ" şirkəti Azərbaycan, Özbəkistan, Türkmənistan, Gürcüstan, Ermənistan, Tacikistan və Qırğızıstanda dövlət qurumları, banklar və telekommunikasiya şirkətlərinə texniki həllər təqdim edəcək. "Artım AŞ", sonrakı dövrlərdə xüsusilə cib telefonu kanalında da bu ölkələrdə xidmət göstərməyi planlaşdırır.

BAKIDA OFİS AÇIR

Qrup şirkətlərindən "İndeks Bilgisayar"ın Baş direktoru Atilla Kayalıoğlu, "Datagate"in Baş direktoru Salih Baş və "Artım AŞ"-nın Baş Direktoru Suat Sümer ilə birlikdə yeni dövrü dəyərləndirən "Index Qrup"un İcraçı Direktoru Erol Bilecik, qrup olaraq xaricə açılım təcrübələrini "Artım AŞ" ilə başlayacaqlarını deyib. Bilecik,"Artım-ın Oracle ilə bağladığı yeni müqavilə əsasında ölkə xaricində, başda Azərbaycan olmaqla Orta Asiya bölgəsindəki 7 ölkəyə açılmaq üzrə düyməyə basdıq. Bu mənada Bakıda ofis açmağa qərar verdik" dedyib.

"Artım AŞ"nin Baş Direktoru Suat Sumer də, şirkət olaraq məhsullarını Orta Asiyadakı korporativ müştərilərə təqdim edəcəklərini deyib. Sumer, sözügedən 7 ölkə haqqında məlumat verib:

"Bu 7 ölkənin ÜDM-i 215 milyard dollardır. Yəni Türkiyənin 25%-nə uyğun gəlir. Əhalisi isə 67 milyon nəfərdir. Türkiyədə 6.5 milyard dollar olan IT bazarının böyüklüyü bu ölkələrin ümumi həcmində 1 milyard dollardır. Əvvəlcə Xəzər Dənizi ilə Türkiyə arasında qalan Azərbaycan və Gürcüstan prioritetimiz olacaq. Bu səbəblə investisiya resurslarımızı buna görə planlaşdırdıq. Bakıda ofis açacağıq. Hələ adını müəyyənləşdirməmişik".

Hədəf kütlə olaraq dövlət, banklar və telekommunikasiya operatorlarını müəyyən etdiklərini dilə gətirən Sumer, "7 ölkədə ümumilikdə operator sayı 21, Türkiyədə isə 3-dür. Bu ölkələrin ümumi həcmində 178 bank var, Türkiyədə bu rəqəm 50. Məsələn; 7 bazarda 5500 ATM var ikən, Türkiyədə 50 min. 7 ölkədə 15 milyon olan kart sayı Türkiyədə 170 milyon. Bu üç sənayedə həllləri "kopyala və yapışdır" məntiqi ilə artırmağı hədəf seçirik" deyə bildirib.

Index Qrupu 2023-cü ildə texnologiya sahəsində Avropanın ən böyük 5 texnologiya distribyutordan biri olmağı hədəfləyir.

“İndex Grup”a, “İndeks Bilgisayar”, “Datagate”, “Despec Türkiye”, “Netex”, “Homend”, “Artım” və “Teklos” şirkətləri daxildir.

“İndeks Bilgisayar” kompyuterlərin, “Datagate” isə kompyuter hissəslərinin satışı ilə məşğul olur. “Despec Türkiye” materiallar və aksesuarlar satışını həyata keçirir, “Netex” isə şəbəkə cözümləri təklif edir. Artım” şirkəti isə “Oracle” ilə əməkdaşlığı çərçivəsində həllər təklif edir. “Homend” ev alətlərinin satışı ilə məşğul olur, “Teklos” isə logistika və nəqliyyat xidmətləri göstərir.

Mənbə: Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271