BİZNES

Qlobal ticarət həcmi gerilədi
25 AVQUST
260

Qlobal ticarət həcmi gerilədi

2016-08-25 10:50:00
"World Trade Monitor"un hesabatına görə, qlobal ticarət həcmi bu ilin aprel-iyun dövründə yüzdə 0,8 düşüb. İlin ilk rübündə sabit qalan qlobal ticarət həcminin ikinci rübdə geriləməsində Avropa dövlətlərinin rolu daha aktiv olub.
 
Fins.az xarici mətbuata istinadən xəbər verir ki, ilin ikinci rübündə avrozonaya daxil olan ölkələrin idxalı 1,8 və ixracı isə 0,7 faiz azaldı. Eyni dövrdə, ABŞ-ın idxalı 0,6% düşərkən, ixracı 0,4% yüksəlib. Yaponiyada ikinci rübdə idxal 1,3% azalarkən, ixracat 1% artıb. 
Digər tərəfdən, inkişaf etməkdə olan ölkələrin idxalı 1% və ixracı 0,6% azaldı.
 
Hesabatda, qlobal ticarət həcmindəki enişdə yeni iqtisadi çətinliklər fonunda tələbin zəifləməsinin xüsusi rol oynadığı vurğulanıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271