BİZNES

Azərbaycan şirkətləri Tiflisə sərmayə yatırmaqda maraqlıdır
23 AVQUST
76

Azərbaycan şirkətləri Tiflisə sərmayə yatırmaqda maraqlıdır

2016-08-23 10:42:00

“Azərbaycan şirkətləri Gürcüstan paytaxtına sərmayə qoymaqda maraqlıdır. Bu şirkətlər Tiflisdə hotellər, binalar tikir və şəhərimizi daha da gözəlləşdirirlər”. 

Bu sözləri Tiflis şəhər meri David Narmaniya bildirib. O deyib ki, Azərbaycan şirkətləri Gürcüstan paytaxtında infrastruktur layihələri həyata keçirirlər. 

Tiflis meri son illər Gürcüstanda turizmin inkişaf etdiyini diqqətə çatdırıb: “Ölkəmizdə, xüsusən Tiflisdə turizm durmadan inkişaf edir. Tiflisə və Gürcüstanın gəzməli, görməli yerlərinə Azərbaycandan da çoxlu sayda turistlər gəlir. Bizə çox xoşdur ki, Tiflis şəhəri turistlər tərəfindən bəyənilir. Paytaxtda turizmin inkişafında Azərbaycan şirkətləri də rol oynayır. Bu şirkətlərin tikdikləri hotellərə müxtəlif ölkələrdən və ən başlıcası, Azərbaycandan çoxlu sayda turistlər gəlir. Biz də çalışırıq ki, Gürcüstan paytaxtı turistlərin xoşuna gəlsin”.

D. Narmaniya Azərbaycan paytaxtının da gözəl olduğunu və 3 il əvvəl Bakıda keçirilən beynəlxalq konfrans zamanı şəhəri gəzdiyini söyləyib: “Biz Tiflis və Bakı arasında əlaqələri və əməkdaşlığı daha da möhkəmləndirmək istəyirik. Azərbaycanda, eləcə də Bakıda turizm sahəsi də getdikcə inkişaf edir. Şəhərdə turizm üçün hər cür şərait var”.

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272