BİZNES

Biznes-jurnalistika proqramı başlayır
23 AVQUST
100

Biznes-jurnalistika proqramı başlayır

2016-08-23 09:52:00

“PAŞA Bank” "British Council" ilə birgə yerli biznes-jurnalistikanın inkişafına həsr olunan yeni proqrama start  verib. Bankdan fisn.az-a verilən   xəbərə görə, layihənin əsas məqsədi jurnalistlər üçün xüsusi hazırlanmış təlim proqramı vasitəsilə milli mətbuata  peşəkar bilik və səriştənin artırılmasında dəstək göstərməkdir. 

Layihə Böyük Britaniyanın 100-dən artıq ölkədə fəaliyyət göstərən, Avropanın ən böyük media təşkilatlarından biri sayılan və  mətbuatda ən yüksək etik və peşəkar standartları dəstəkləyərək müxtəlif ölkələrdən minlərlə jurnalistlərin kütləvi media vasitələrinin yaradılmasına imkan yaradan Thomson Fondunun təşkilati dəstəyi ilə həyata keçiriləcək.

Layihə çərçivəsində seşiləcək 10 nəfər iştirakçının media sahəsində xüsusi olaraq hazırlanmış təlim proqramında iştirakı, eləcə də fəal və tam davamiyyəti olan jurnalistlərin  Böyük Britaniyaya təlim səfəri nəzərdə tutulub. Səfər zamanı onlar  tanınmış qəzet və jurnal, eləcə də digər media müəssisələrinə baş çəkəcək və qabaqcıl jurnalistlərlə görüşəcəklər.

“Bizim məqsədimiz qabaqcıl jurnalistlər qrupu yaratmaqla ölkədə düzgün və balanslı məlumatın çatdırılması və Azərbaycanda biznes jurnalistika standartlarının nəzərə çarpacaq dərəcədə inkişaf etdirilməsinə  töhfə verməkdir”. 

İştirakçılar bu tələblər əsasında seçiləcək:

  • Jurnalistika sahəsində minimum 2 illik iş təcrübəsi
  • Ölkədaxili radio və televiziya yayımları, çap, onlayn mediada işləməli 
  • Bütün təlim kurslarında iştirak edə bilməli

a)       3 təlim sessiyası Bakıda (hər təlim 5 tam gün olmaqla - Noyabr 2016, yanvar və fevral 2017)

b)       Təlim məqsədilə 2017-ci ilin mart ayında Böyük Britaniyaya təcrübə səfəri 

Seçim prosesi aşağıdakı mərhələlərdən ibarət olacaq:

  1. Ərizə forması və inşalar
  2. Yerli təlimlər üçün ilkin müsahibələrin keçirilməsi
  3. Böyük Britaniyaya Tədris səfəri üçün seçim (yerli təlimlərdən sonra)

Maraqlanan şəxslər ərizə formasını British Council-ın internet səhifəsindən www.britishcouncil.az  yükləməlidirlər. Doldurulmuş ərizə forması, CV ilə birgə 2016-cı il 30 sentyabr tarixindən gec olmayaraq enquiries@britishcouncil.azelektron poçt ünvanına göndərilməlidir. 

Uyğun namizədlər musahibəyə dəvət olunacaqlar.

Əlavə məlumat üçün əlaqə saxlayın:

Nigar Nəsrullayeva

Təhsil proqramları üzrə İcraçı

British Council Azərbaycan

T: 4971593; 4972013 F: 4989236

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275