BİZNES

30 yaşında uzaq durmalı olduğunuz 10 MALİYYƏ SƏHVİ
22 AVQUST
913

30 yaşında uzaq durmalı olduğunuz 10 MALİYYƏ SƏHVİ

2016-08-22 10:24:00

Bir qayda olaraq 30 yaşına qədər insan artıq müəyyən karyera sahibi olur, ailə həyatı qurur və ya bunu planlaşdırır. Bəziləri daha çox səyahət etməyə və daşınmaz əmlak almağa başlayır, digərləri isə dünyaya övlad gətirməyi nəzərdə tutublar. Həyatın bu mərhələsində isə maliyyə məsələlərinə barmaqarası baxmaq olmaz. Sizə 30 yaşında uzaq durmalı olduğunuz 10 maliyyə səhvi siyahısını təqdim edirik.

1.Uşaq əşyalarına çox pul xərcləmək lazım deyil

Bu səhvə bütün valideyinlər yol verirlər. Təsəvvür etmək belə çətindir ki, valideyinlər gözəl və rəngli uşaq geyimlərinə, ayaqqabılarına, göz vuran, danışan oyuncaqlara nə qədər pul xərcləyirlər. Bu pulu uşağın gələcək təhsili üçün saxlamaq olar.

2. Maliyyə məsələlərini müzakirə etmədən ailə həyatı qurmaq olmaz

Heç kəsə sirr deyil ki, maliyyə məsələləri qəliz mövzudur, lakin 30 yaşında siz artıq qəliz mövzuları müzakirə etməyi bacarmalısınız. Bu məsələdə həyat yoldaşlarının fikirlərinin üst-üstə düşməsi çox vacibdir. Əks halda pul ailədə əsas münaqişə mövzusu, hətta boşanma səbəbinə çevrilə bilər. Ailə həyatı qurmamışdan öncə sevdiyiniz insanla maliyyə məsələlərini müzakirə edin və qarşınıza qoyduğunuz məqsədlər üzərində birgə çalışın.

3.İstehlak kreditlərinin qaytarılmasını uzatmaq lazım deyil

Razılaşaq ki, “Biz tək yaşasaydıq artıq krediti ödəmişdik”, “Biz kredit ödəyirdik, amma birdən uşaq oldu” və s. bu kimi ifadələri tez-tez eşidirik. Hər zaman nəsə baş verə bilər və baş verən hadisə heç də həmişə müsbət olmayacaq. Ancaq həyat davam edir, siz pul borclarınızı unutmamalısınız. Əks halda günlərin bir günü borc sizə tərpənməyə (yaşamağa) imkan verməyəcək.

4. Digərləri ilə ayağlaşmayın.

İnsanlar hər bir yaş dövründə digərlərindən geridə qalmamağa çalışırlar, ancaq 30 yaşlılar bu məsələdə daha həssasdılar. Bəlkə reklamlar sizə belə təsir edir, ya da öz sosial qrupunuzda daha cəlbedici görünməyə çalışırsınız? Səbəbindən asılı olmayaraq digərləri ilə ayağlaşmaq çıxış yolu deyil, siz büdcənizə uyğun yaşamalısınız. Şəxsən sizə aid olan, fərdi maliyyə kursunuzu yaradın.

5. Vəsiyyətnaməniz olmalıdır.

Yenicə ailə həyatı qurub, övlad sahibi olmusunuzsa aydın məsələdir ki, ölüm haqqında düşünmürsüz. “Kimdi 30 yaşında ölən? Mənim həyatım hələ qabaqdadır” deyə bilərsiniz, ancaq paralel olaraq həyat yoldaşınız və övladınızın (övladlarınızın) adına vəsiyyətnamə qoysanız daha yaxşı olar. Əks halda sizin yaxınlarınız qəfil ölümünüzdən sonra (bu həyatdır, hər şey ola bilər) onsuzda onlara məxsus olan şeylərə mülkiyyət hüquqlarını sübut etmək üçün dərin bürokratiya dənizinə dalacaqlar.

6. Sığortalanın.

Daha öncə dediyimiz kimi, heç kəs qəfil ölüm haqqında düşünmür, lakin sizin vaxtınız və sizin gəlirlərinizdən asılı olan yaxınlarınız varsa onların sığortalanmasını vacibdir. Sahibkarın sizə təqdim etdiyi minimumda qərarlaşıb, durmayın. Əmin olun ki, nəsə baş versə sığorta sizdən asılı olanların ehtiyaclarını ödəyə biləcək.

7. Övladınızın təhsilinə biganə yanaşmaq olmaz.

Övladınız varsa və siz onun təhsilinin heç olmasa bir hissəsini ödəməyi planlaşdırırsınızsa, bunun üçün artıq indidən pula qənaət etməlisiniz. İndiyənə qədər investisiyalar haqqında düşünməmisinizsə, heç olmasa indi əmanət hesabı açdırın.

8. Övladınızın təhsilinə həddən artıq pul xərcləmək lazım deyil.

Övladınızın yaxşı təhsil alması əlbəttə çox vacibdir, ancaq bunu təqaüdünüzün (pensiyanızın) sonuncu qəpiyi hesabına da etmək lazım deyil. Büdcənizi formalaşdırın, öncə müəyyən qədər məbləği təqaüdünüzün (pensiyanızın) baza hissəsi üçün yığın, ondan sonra uşağınızın nüfuzlu ali təhsil müəssisəsində təhsili üçün pul yığmağa başlayın.

9. “Yeni diplomlar” oyunu oynamayın.

Təhsilin davam etdirilməsi, yeni biliklər qazanmaq sözsüz çox yaxşıdır, amma davam etdəcəyiniz təhsil gələcəkdə sizin karyeranıza müsbət təsir edəcək ya yox? Əvvəl özünüzə bu sualı verməyi unutmayın. İşdən çıxdığınız üçün və ya hal-hazırda iş tapmadığınız üçün yenə də tələbə olmaq eşqinə düşmüsünüzsə bu heç də düzgün qərar deyil.

10. Quru maaşa yaşamaq olmaz.

Əvvələr tək bir işə sadiq olmaq dəbdə idi. Ola bilsin ki, sizin valideyinləriniz bütün həyatları boyu bir vəzifəni icra ediblər, lakin bu gün, bu sxem artıq işləmir. Bu gün zaman tələb edir ki, siz əlavə gəlir mənbələri axtarıb, gəlirlərinizi diversifikasiya etməyi bacarasınız. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272