BİZNES

“Baltika-Bakı” nəticələrini açıqladı – ZƏRƏR
19 AVQUST
247

“Baltika-Bakı” nəticələrini açıqladı – ZƏRƏR

2016-08-19 10:11:00

“Baltika-Bakı” şirkəti 2016-cı ilin ilk yarımilliyi üzrə nəticələri elan edir. 

Şirkətin qiymətləndirməsinə əsasən, ilk yarım il ərzində ötən ilin analoji dövrü ilə müqayisədə pivə bazarında təqribən 30% eniş müşahidə olunmuşdur. 75% bazar payı ilə şirkətin 2016-cı ilin birinci yarımilliyində müşahidə olunan satış həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 25% azalmışdır.

Eləcə də bax:  Azərbaycanda pivə bazarı çökür

16 may 2016-cı ildə Tarif Şurası tərəfindən qəbul edilmiş yeni su Tarifikasiya sistemi ilə əlaqədar istehsal xərclərinin artması, biznesə təsir etmişdir. Belə ki, su növlərinin xammal və texniki təyinatı üzrə ayrılmasının ləğvi və standart 8 AZN qiymətin təyin edilməsi Şirkətin xərclərini tək 2016-cı ildə 420 min AZN artırır.

Eləcə də bax: “Baltika-Bakı” Vergilər Nazirliyi ilə aksiz vergisini müzakirə edib

Yuxarıda sadalan hallar, müqəddəs Ramazan ayı ərzində satışların kəskin şəkildə aşağı düşməsi və illik satışların 70 % əhatə edən yayın ilk aylarında satış üçün qeyri-qənaətbəxş hava şəraiti ilə əlaqədar hal-hazırda şirkətin rentabelliyi təhlükə altındadır. Hazırki böhran situasiyanın deeskalasiyası məqsədilə şirkət “qaynar mövsüm” başa çatdıqdan sonra iki aylıq məcburi boşdayanmaya çıxmaq qərarı almışdır. Bu dövr ərzində pivə istehsalı və pivənin süzülməsi dayandırılacaq, şirkətin fəaliyyəti hazır məhsulun realizasiyasına və satışların dəstəklənməsi üçün minimal maliyyə və inzibati əməliyyatlara köklənəcək. Sözügedən dövrdə əməkdaşların təqribən 80% boşdayanmaya göndəriləcək və sosial paketin qüvvədə qalması şərti ilə, əmək haqlarının 2/3 hissəsini ödəniləcək. Boşdayanma dövründə şirkət böhrandan çıxmaq məqsədi ilə biznes modelinin optimizasiyası mexanizmlərinin işlənib hazırlanması üçün bütün səylərini ortaya qoyacaq və nəticə etibarı ilə bununla biznesin Azərbaycandakı aqibəti öz həllini tapacaq.

Eləcə də bax: “Belə getsə, Azərbaycandan tamamilə gedə bilərik” - MÜSAHİBƏ

Carlsberg Group-un Şərqi Avropa regionunda ümumi nəticələrinə gəldikdə isə, təmiz gəlir regionda ötən ilin analoji dövrü ilə müqayisədə orqanik olaraq 8% artmış, hansı ki, bu göstəriciyə ümumi həcmin qüvvədə qalması şərti ilə uğurlu prays-miks səbəb olmuşdur. Hesabat dövrü ərzində birbaşa qazanc valyuta faktorunun təsiri ilə bağlı olaraq 15% azalmışdır, belə ki, regionun bütün valyutaları devalvasiyaya uğramışdırlar. Əməliyyat gəliri orqanik olaraq 19% artmışdır, əməliyyat marjası isə 15,9%-ə qədər 100 baza punktu üzrə yaxşılaşmışdır. Yaxşılaşmaya Funding the Journey strategiyası səbəb olmuşdur, hansı ki, prays-miks və xərclərin ciddi nəzarətinin müsbət münasibətini təmin edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272