BİZNES

“Tax free” stikerinin forması təsdiqləndi
17 AVQUST
189

“Tax free” stikerinin forması təsdiqləndi

2016-08-17 18:41:00

Vergilər Nazirliyinin Kollegiyası “Əlavə dəyər vergisinin qaytarılması sistemi çərçivəsində istifadə edilən stikerin forması və tətbiqi qaydası”nı təsdiq edib.Fins.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu Qayda əlavə dəyər vergisinin (ƏDV) qaytarılması sistemi çərçivəsində istifadə edilən stikerin formasını, tətbiqi və istifadəsi ilə bağlı şərtləri müəyyən edir. 

Vergi ödəyicisi ƏDV-nin qaytarılması sistemi çərçivəsində satıcı qismində qeydiyyata alınaraq operatorla xidmət müqaviləsi bağladıqdan sonra 10 iş günü müddətində operator tərəfindən stikerlə təchiz edilir. Satıcı ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirdiyi təsərrüfat subyektinin (obyektinin) sayından, ölçüsündən və yerləşməsindən asılı olaraq stikerlə təchiz edilir. Stiker satıcıya təhvil verildikdə bu, müvafiq aktla rəsmiləşdirilir. Bu aktda aktın tərtib edildiyi yer, tarix, tərəflərin rekvizitləri, təqdim edilmiş stikerlərin sayı əks etdirilir, operatorun nümayəndəsi və satıcının, satıcı olmadıqda, onun səlahiyyətli nümayəndəsinin  imzası ilə təsdiq edilir. Satıcıya təqdim edilmiş stiker zədələndikdə və ya əlavə stikerə ehtiyac yarandıqda satıcının müraciəti əsasında ona yeni stiker verilir. Zədələnmiş stiker operatora təhvil verilməlidir. Operator gömrük orqanını və müvəkkil bankı bu Qaydanın tələbinə uyğun olaraq stikerlə təchiz edir. Satıcı aktın təsdiqləndiyi gün stikeri satışın həyata keçirildiyi təsərrüfat subyektinə (obyektinə) daxil olmadan görünə bilməsi məqsədilə pəncərədən və ya qapıdan asmalı (yapışdırmalı) və ya təsərrüfat subyektinin (obyektinin)  giriş hissəsində aydın şəkildə görünə bilən yerdə yerləşdirməlidir (yapışdırmalıdır).  Stiker həmçinin alıcı tərəfindən ödənişin həyata keçirildiyi yerdə (kassada) alıcının görə biləcəyi yerdə də yerləşdirilməlidir (yapışdırılmalıdır). 

Stiker zədələndikdə, oğurlandıqda və ya itirildikdə bu barədə dərhal operatora məlumat verilməlidir. Satıcının ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirmək məqsədi ilə qeydiyyatına xitam verildikdə satıcı tərəfindən stiker yerləşdirildiyi (yapışdırıldığı) yerdən çıxarılmalı və operatora təhvil verilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272