BİZNES

Azərbaycan spirtli içki ixracını azaldıb
17 AVQUST
152

Azərbaycan spirtli içki ixracını azaldıb

2016-08-17 14:59:00

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycandan spirtli içkilərin ixracında mənfi illik dinamika müşahidə edilib. Fins.azın "Report"a istinadən məlumatına görə, Dövlət Gömrük Komitəsindən  verilən xəbərə görə, 2016-cı ilin ilk 7 ayında 11 432,27 min ABŞ dolları dəyərində spirtli və spirtsiz içki ixrac edilib ki, bu da 2015-ci ilin müvafiq dövrünə nisbətən 2 543,77 min dollar yaxud 18,20% azdır.

Hesabat dövründə spirtli və spirtsiz içkilər ümumi ixracın 0,25%-ni təşkil edib.

Komitədən bildirilib ki, təhlil olunan dövr ərzində Azərbaycana ümumilikdə 30 596,63 min dollar məbləğində spirtli və spirtsiz içkilər, həmçinin sirkə idxal edilib. Bu isə 2015-ci ilin analoji dövrü ilə müqayisədə 9 856,98 min dollar və ya 24,37 azdır. Nəticədə, bu məhsulların ölkənin ümumi idxalında payı 0,64% təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272