BİZNES

Azərbaycanda biznesin inkişafına dair təkliflər toplanılır
16 AVQUST
175

Azərbaycanda biznesin inkişafına dair təkliflər toplanılır

2016-08-16 11:15:00

Azərbaycan Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidməti və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) növbəti dəfə onlayn rejimdə sorğu keçirir. Bu barədə Fins.az-a  İİTKM-dən bildirilib.

Məlumata görə, budəfəki sorğuda kiçik və orta sahibkarlığın inkişafı üçün təkliflər verilməsi xahiş olunur. Mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi şəxslər, fərdi sahibkarlar və vətəndaşlar sorğuda fəal iştirak etməyə dəvət edilir.

Təklifləri İİTKM-nin internet saytında müvafiq link (http://iqtisadiislahat.org/online-application) vasitəsilə çatdırmaq mümkündür.

Xatırladaq ki, İİTKM bundan əvvəl vergi, gömrük, sosial müdafiə, miqrasiya və əmək qanunvericiliyinə dair sorğular keçirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275