BİZNES

Soros qızıldan imtina etdi
16 AVQUST
236

Soros qızıldan imtina etdi

2016-08-16 11:00:00

Milyarder investor Corc Soros qızıl mədəni şirktlərinin qiymətli kağızlarındakı yüksəlişin sona çatıb çatmadığını görməyi gözləmir.

Fins.az "Marja"-ya istinadən xəbər verir ki, bu ilin ilk rübündə Barrick Gold Corp şirkətindən 263.7 milyon dollarlıq səhmlər alan Soros Fund Management LLC, dünyanın ən böyük mədən istehsalçısında payının 94%-ni satıb. Şirkətin səhmləri 2016-ci ilin İyun ayına qədər 169 faiz yüksəlmiş, keçən ay isə gördüyü üç ilin zirvəsindən geriləməyə başlamışdı.

İstehsalçılar, qırx ilin ən yaxşı ilk yarımilini qeyd edən qızıl qiymətlərindən dəstək alıblar. Qızıl qiymətlərindəki artımı fürsət bilən investorlar isə həm qızıla, həm də qızıl istehsal edən şirkətlərin qiymətli kağızlarına yönəliblər.

Qlobal miqyasda mərkəzi bankların iqtisadi inkişafı dəstəkləmək üçün təşviq paketlərini getdikcə genişləndirməsi və Fedin faizləri aşağı saxlaması qızıl qiymətlərindəki artımı dəstəkləyib. İlin ilk rübündə Soros, o cümlədən fondlar Barrick-dən bazar dəyəri cəmi 4.6 milyard dollar olan 58 milyon səhm sənədi satın almışdı.

Qızıl bu il 26 faiz bahalaşıb, bunun 25%-lik qismi ilin ilk yarısında qeydə alınıb. Qızıldakı bu yüksəliş, ardıcıl 3 il ərzində düşən qiymətlər səbəbindən xərc azaltmaq məcburiyyətində qalan mədən şirkətləri üçün yüksək mənfət mənasına gəlir. Barrick ikinci rübdə 2013-cü ildən bəri görülən ən yüksək xalis mənfəətini açıqlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272