BİZNES

Ticarət dövriyyəsində müsbət saldo
11 AVQUST
256

Ticarət dövriyyəsində müsbət saldo

2016-08-11 15:02:00

Yanvar-iyun aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 163 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 100 ölkəyə məhsul ixrac olunub, 154 ölkədən isə idxal edilib.

Dövlət Statistika Komitəsindən Fins.az-a bildiriblər ki, gömrük orqanlarında qeydiyyatı aparılan, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla bu ilin yanvar-iyun aylarında xarici ticarət dövriyyəsi 10325,9 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 6278,7 milyon dollar, idxalın dəyəri 4047,2 milyon dollar təşkil edib. Nəticədə 2231,5 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

Ticarət dövriyyəsinin 41,9 faizi Avropa İttifaqı ölkələri, 12,6 faizi MDB üzvü dövlətləri, 45,5 faizi isə dünyanın digər ölkələrinin payına düşüb. İxrac edilmiş məhsulların ümumi dəyərində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, plastik kütlə, qara metallar və onlardan hazırlanan məmulatlar, alüminium və ondan hazırlanan məmulatlar, şəkər, kimya sənayesi məhsulları, pambıq ipliyi və bitki yağları əsas yer tutub. İdxal olunmuş məhsulların dəyərində isə maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, ərzaq məhsulları, qara metallardan hazırlanan məmulatlar, nəqliyyat vasitələri və onların hissələri, plastik kütlə və ondan hazırlanan məmulatlar, əczaçılıq məhsullarının xüsusi çəkisi üstünlük təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271