BİZNES

Milyarderlər qorxudan kütləvi şəkildə pullarını nəğdləşdirirlər
10 AVQUST
1930

Milyarderlər qorxudan kütləvi şəkildə pullarını nəğdləşdirirlər

2016-08-10 17:24:00

“Wealth-X” tətqiqat şirkətinin verdiyi məlumata görə, dünyanın ən varlı adamları bu və ya digər aktivlərə yatırımlardan imtina edərək, kütləvi şəkildə vəsaitlərini nəğd pula və ya onun ekvivalentinə çevirirlər. 2015-ci ilin yekunlarına dair hesabatda göstərilir ki, dünya dollar milyarderlərinin kapitallarında nəğdləşdirmə əmsalı indiyənə qədər mövcud statistik göstəricilərdən rekord - 22% çatıb.

Bu isə hər 10$ -rın 2.22 $-nın nəğdləşdirildiyi deməkdir.  

“Wealth-X” qeyd edir ki, milyarderlərin pullarını qiymətli kağızlardan, daşınmaz əmlak və biznesdən çıxartmalarının səbəbi dünya üzrə səhmlərin dəyərinin şişirdilməsi və “dünya iqtisadiyyatdakı qeyri-müəyyənlikdir”.

Merrill Linç “Bank of America”-nın iyun üçün açıqlamalarına görə, investisiya fondları da risk etməməyi üstün tuturaq, maksimum şəkildə “kəş”-də (nəğdləşdirmə) qalıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272