BİZNES

Daha iki xarici şirkət Azərbaycanı tərk edib
10 AVQUST
1065

Daha iki xarici şirkət Azərbaycanı tərk edib

2016-08-10 14:17:00

Daha iki xarici şirkət Azərbaycandakı filialının fəaliyyətini dayandırıb. Fins.az "Report"-a istinadən xəbər verir ki,  “China Geo-Engineering Corporation İnternational” MMC-nin və “Life Division” MMC-nin Azərbaycandakı filialları ləğv olunub.

“China Geo-Engineering Corporation İnternational” MMC-nin kreditorları 2 ay ərzində tələblərini Bakı şəhəri, Xətayi rayonu, Nobel prospekti,15, məhəllə 1212 ünvanına göndərə bilərlər.

Böyük Britaniyada hüquqi şəxs kimi qeydiyyatdan keçmiş “İnnovative İnternational Group Ltd.” holdinqə daxil olan “Life Division”la bağlı isə bütün iddialara 2 ay ərzində Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, 12-ci dairəvi küçəsi, ev 118Q ünvanında baxılacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275