BİZNES

“Walmart” məhşur e-ticarət şirkətinin sahibi olacaq
09 AVQUST
218

“Walmart” məhşur e-ticarət şirkətinin sahibi olacaq

2016-08-09 12:42:00

ABŞ-ın hipermarketlər şəbəkəsi olan “Walmart” e-ticarət şirkəti “Jet.com”u 3,3 milyard dollara satın almaq barədə razılığa gəlib.

Fins.az "Azərtac"-a istinadən xəbər verir ki, xəbər verir ki, “Walmart”dan edilən şərhdə hər iki şirkətin rəhbər qurumlarının təsdiqlədiyi razılaşma çərçivəsində “Walmart” “Jet.com”a 3 milyard dollar nağd pul və 300 milyon dollar dəyərində səhm verəcək.

Analitiklər bu alğı-satqı müqaviləsini “Walmart”ın e-ticarət nəhəngi “Amazon”un internet və mobil tətbiqlərlə reallaşdırdığı satış həcminə çatmaq və bazarda daha rəqabətli ola bilmək üçün mühüm addım kimi qiymətləndirirlər.

“Walmart” keçən il 428 milyard dollar gəlir əldə edib. Bunun 14 milyard dollarlıq hissəsi internet və mobil tətbiqlərdən edilən satışlardan gəlib. E-ticarət nəhəngi “Amazon”un keçənilki gəliri isə 107 milyard dollar olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272