BİZNES

Azərbaycan məhsullarının Rusiyaya ixracı artıb
08 AVQUST
194

Azərbaycan məhsullarının Rusiyaya ixracı artıb

2016-08-08 17:43:00

2016-cı ilin I yarısında Azərbaycandan Rusiyaya meyvə-tərəvəz məhsullarının ixracı 45% artıb. Bu barədə bu gün jurnalistlərə iqtisadiyyat naziri Şahin Mustafayev məlumat verib.

«Cari ilin I yarısında ölkələrimiz arasında əmtəə dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə azalıb. Bununla yanaşı, həmin dövr ərzində Azərbaycandan Rusiyaya meyvə-tərəvəz məhsullarının ixracında 45% artım müşahidə olunub. Potensialımız daha böyükdür», - deyə nazir bildirib.

O əlavə edib ki, Azərbaycan Rusiyaya ixrac və investisiya qoyuluşlarının həcminin artırılmasında maraqlıdır.

Ş.Mustafayevin sözlərinə görə, ikitərəfli münasibətlərin inkişafına yönəlmiş növbəti illik Azərbaycan-Rusiya regionlararası biznes forumu 2016-cı ilin oktyabrında Azərbaycanda keçiriləcək.

«Son 3 il ərzində Azərbaycan və RF arasında 30 biznes forum keçirilib. Bu cür tədbirlərin keçirilməsi iqtisadi əlaqələrin və investisiya sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından mühüm rol oynayır», - deyə nazir vurğulayıb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275