BİZNES

S
08 AVQUST
386

S&P iki Azərbaycan şirkətinin reytinqini "Neqativ"ə saldı

2016-08-08 17:21:00
S&P Global Ratings iki Azərbaycan şirkətinin reytinqinə yenidən baxıb. Nəticədə "Azərenerji" və Dövlət Neft Şirkətinin (SOCAR) reytinqi "Stabil"dən "Neqativ"ə düşüb. 
Şirkətlərin uzunmüddətli və qısamüddətli kredit reytinqləri isə belə olub: Azərenerji - «ВВ/В» və SOCAR - «ВВ».  
 
«Hesab edirik ki, hökumətlə bağlılığı olan hər iki şirkət Azərbaycan ökümətindən dəstək ala bilərlər. Ancaq biz öz qiymətləndirməmizi apararkən bunu nəzərə almamışıq», - deyə agentliyin məlumatında bildirilir. 
 
«Bununla belə biz şirkətlərin kredit reytinqi ilə ölkənin suveren reytinqini bərabərləşdirmirik. Bizim fikrimizcə, hökümət yaxın illərdə xüsusi dəstək nümayiş etdirə bilər, bu isə Azerenerjinin hökümət üçün çox mühüm qurum olmasından irəli gəlir". 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275