BİZNES

Türklər Azərbaycandakı özəlləşdirməyə qatılmaq istəyir
05 AVQUST
247

Türklər Azərbaycandakı özəlləşdirməyə qatılmaq istəyir

2016-08-05 14:38:00

Türkiyə şirkətləri Azərbaycanda özəlləşdirmədə iştirak etməkdə maraqlıdırlar. Fins.az-ın "Trend"ə istinadən məlumatına görə, bunu Türkiyə-Azərbaycan Xarici İqtisadi Əlaqələr Təşkilatının biznes şurasının sədri Səlçuk Akat Bakıda jurnalistlərə deyib.

Onun sözlərinə görə, Türkiyə şirkətləri həmçinin Azərbaycanda investisiyaların artmasında maraqlıdırlar.

S.Akat qeyd edib ki, Türkiyə-Azərbaycan biznes şurasının fəaliyyəti Bakı və Ankara arasında iqtisadi sahədə münasibətlərin möhkəmləndirilməsi məqsədi daşıyır.

Onun sözlərinə görə, biznes şura Azərbaycanda Türkiyə şirkətlərinin və Türkiyədə Azərbaycan şirkətlərinin işini dəstəkləyir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272