BİZNES

"Burger King" sahiblərinin gəlirləri 8 dəfə artıb
05 AVQUST
164

"Burger King" sahiblərinin gəlirləri 8 dəfə artıb

2016-08-05 11:22:00

"Burger King" fast food şəbəkəsinin sahibi oolan "Restaurant Brands International" (RBI) səhmdarlarının təmiz gəliri ikinci rübdə 90,9 mln. dollar təşkil edib. Fins.az-ın RNS agentliyinə istinadən verdiyi məlumata görə, bu keçən ilin analoji tarixi ilə müqayisədə 8,2 dəfə çoxdur. Keçən il bu rəqəm 11 mln dollar təşkil edib. 

"Burger King-"in dünya üzrə gəliri ikinci rübdə 0,8% artaraq 280,4 mln. dollar təşkil edib. Qeyd edək ki, "Burger King"-dən başqa RBI-ya Kanadanın Tim Hortons yeməkxana şəbəkəsi də məxsusdur.

Bu müddətdə "Burger King"in satışları 0,6%, "Tim Hortons"un satışları isə 2,7% artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275