BİZNES

«Asan imza»lar dəyişəcək – NAZİRLİKDƏN AÇIQLAMA
05 AVQUST
226

«Asan imza»lar dəyişəcək – NAZİRLİKDƏN AÇIQLAMA

2016-08-05 11:08:00

Azərbaycanda 2013-cü ildən tətbiqinə başlanan «Asan İmza» sertifikatlarının istifadə müddəti başa çatır. Vergilər Nazirliyindən fins.az-a verilən məlumata görə, sertifikatların müddətini uzatmaq istəyənlər yenidən müraciət edə bilərlər. 

Nazirlikdən bildirilib ki, İKT-nin tətbiqi sahəsinin genişləndirilməsi, göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi məqsədi ilə 2013-cü ilin iyun ayından etibarən Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) hüquqi və fiziki şəxslərə sertifikat xidmətinin göstərilməsi ilə bağlı fəaliyyətə başlayıb. Asan İmza sertifikatının qüvvədə olma müddəti 3 il olduğundan 2013-cü ilin avqust və növbəti aylarında alınmış sertifikatların etibarlıq müddəti 2016-cı ilin avqust və növbəti aylarında bitəcək. Asan İmza sertifikatının yenisini almaq istəyənlər qüvvədə olan ASAN imza vasitəsi ilə www.asxm.gov.az/portal/login portalına daxil olub müvafiq ərizəni, müqaviləni və etibarnamələri imzaladıqdan sonra ASAN imza sim kartını dəyişərək vergi ödəyicilərinə xidmət mərkəzlərinə və ASAN xidmət mərkəzlərinə yaxınlaşa bilərlər. 

Vətəndaşların ASAN İmza ilə əlaqədar əlavə suallar yaranarsa Vergilər Nazirliyinin 195-1 Çağrı mərkəzinə, rəsmi internet saytının “Sual-cavab” bölməsinə (www.taxes.gov.az/www.taxes/faq/sual.html) və www.asxm.gov.az internet ünvanına müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275