BİZNES

Biznes üçün qadınlara nə qədər pul lazımdır? – ARAŞDIRMA
05 AVQUST
261

Biznes üçün qadınlara nə qədər pul lazımdır? – ARAŞDIRMA

2016-08-05 10:10:00

Biznesə başlamaq üçün qadına kişi ilə müqayisədə iki dəfə az resurs lazımdır. Sahibkar fəaliyyətini öyrənən “Global Entrepreneurship Monitor”un məlumatlarına əsasən, 2015-ci ildə ABŞ-da qadınlara öz biznesinə başlamaq üçün kişilərlə müqayisədə iki dəfə az vəsait lazım olub– orta hesabla 10 min dollar.

Tədqiqatın həmmüəllifi, “Babson” universitetinin professoru Donna Kelli qeyd edir ki, şirkəti işə salmaq lazım olanda qadın-sahibkarlar daha enerjili olurlar.

ABŞ üzrə statistikaya görə, biznes açan qadınların demək olar ki, yarısı işə 10 min dollardan az büdcə ilə başlayıb. Araşdırma onu da göstərib ki, iş quran qadınlar öz ailə üzvlərinə kişilərdən daha çox arxalanırlar.

Qadınların biznes seçimi də fərqlidir. Zərif cinsin nümaynədələri daha çox müştəriyə yönələn bizes, ticarət müəssisəsi və xidmətləri yaratmağa meylli olurlar.

Məsələn, əl işlərindən ibarət məhsulların satışı ilə məşhur “Etsy” onlayn-platformasından bildiriblər ki, bu resursda satıcıların əksəriyyəti – 86%-i qadınlardır.

Nəhayət, araşdırmalar göstərir ki, qadınlar adətən biznesə 35-44 yaşadək başlayır, kişilər isə 25-34 yaşlarında.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274