BİZNES

Azərbaycan ayaqqabı ixrac edəcək
03 AVQUST
368

Azərbaycan ayaqqabı ixrac edəcək

2016-08-03 11:44:00

Azərbaycan ilk dəfə xaricə ayaqqabı ixrac etməyə hazırlaşır. Fins.az "AZPROMO"-ya istinadən xəbər verir ki, "Sandal" şirkəti İsmayıllı rayonunda öz ayaqqabı istehsalatını genişləndirmək niyyəti ilə investor axtarışındadır.

Layihə ayaqqabıların yeni növünü daxili və xarici bazarlara çıxışını nəzərdə tutur. Bununla da istehsal gücü 12 min ayaqqabı cütündən 50 min cütə artması, işçilərin sayının 25-dən 50-ə artırılması nəzərdə tutulur.

Layihənin investisiya dəyəri 640 min dollar təşkil edir və şirkətin özü tərəfdən 30% ödənilə bilər. Daha 70% investorlardan gözlənilir. İnvestisiyaların qaytarılma dövrü 10 il ərzində planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275