BİZNES

İsmayıllı da "French fries" istehsal edən müəssisə yaradılacaq
03 AVQUST
306

İsmayıllı da "French fries" istehsal edən müəssisə yaradılacaq

2016-08-03 09:29:00
“Aqromaster” MMC İsmayıllı rayonu ərazisində kartof-fri istehsal edən müəssisə yaratmağı nəzərdə tutub. Ümumi məhsulun təxminən 70 faizi burada istehsal ediləcək. Bundan başqa, kartofun qurudulmuş və püre şəklində istehsalı da planlaşdırılır. 40-45 nəfərin çalışacağı müəssisədə orta aylıq əməkhaqqı 350-400 manat olacaq.
 
“Aqromaster” MMC növbəti ildə kartof istehsalını iki dəfəyədək artırmaq istəyir. Məqsədlərdən biri hazır məhsulu xarici bazara çıxarmaqdır. Bunun üçün İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fonduna müraciət edilib. Əlavə 3 milyon manat lazımdır ki, qarşıya qoyulan məqsədə nail olunsun.
 
Onu da qeyd edək ki, müəssisə əkin mərhələsindən tutmuş, becərmə və yığım zamanı istifadə olunan texnikalarla özünü təmin edir. Texnikalar Almaniyanın “Drimmer” şirkətinin istehsalıdır. Həmin texnikaların yerləşdirilməsi üçün örtülü sahələrə ehtiyac var. Hazırda bununla bağlı aidiyyəti strukturlarla danışıqlar aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275