BİZNES

“ZARA”, yoxsa “ZAPA”? – BİZNES TARİXİ
02 AVQUST
415

“ZARA”, yoxsa “ZAPA”? – BİZNES TARİXİ

2016-08-02 15:47:00

2012-cü ildə Parisə ilk səyahətimdə məni təəcübləndirən bir faktla üz-üzə gəldim. Botanika bağının yanında "ZAPA" adlı bir mağaza gördüm. Butikin tam görünüşü hamımızın yaxşı tanıdığı "ZARA" brendinin demək olar ki, tam eynisi idi. Azərbaycanda Çin saxtakarlığına öyrəşən bir insan kimi ilk öncə bunun da növbəti «feyk» olduğunu fikirləşdim. Sonra Parisin göbəyində olduğumu yadıma salıb, düşündüm ki, bəlkə "R" hərfinin bir çubuğu düşüb.  

Ondan sonra La-Sorbonanın yanında "ZAPA" adlı daha bir mağaza gördüm, və beləliklə, Fransanın bir çox şəhərlərində bu brendə rast gəlməyə başladım.  Dəbdən anlayışı olan bir insan kimi  heç ağlıma gəlməzdi ki, "ZAPA" Avopada özünəməxsus  yer tutan və maraqlı olan brenddir.

İnternetde axtarışlarımın nəticəsi məni çox təəccübləndirdi:

Üç il fərqi ilə

Jerar Leturno (Gerard Letourneau) "ZAPA" brendini 1972-ci ildə öz həyat yoldaşı Nikol ilə birlikdə təsis edib.  Amansio Orteqa (Amancio Ortega Gaona) isə "ZARA" brendini 1975-ci ildə həyat yoldaşı Rozaliya Meqa ilə təsis edib. Birincisi daha çox Fransa və Belçikada kiçik mağazalarda təqdim olunurdusa, ikincisi dəb aləminin kursunu dəyişdi və tekstil dünyasını fəth etdi.

 Fərqin axtarışı ilə

Dörd hərf, üçü tam eyni, yalnız birində fərq. Təmiz və aydın qara fonda bəyaz şrift "ZAPA" və "ZARA" loqotiplərini iki qardaş kimi göstərir. Fərqlənmək üçün "ZAPA" öz logotipinə "Paris" sözünü də əlavə etdi. 

"ZAPA"  "ZARA"-ya qarşı

"ZAPA" və "ZARA"-nın qiymətləri də tamam fərqlidir.  "ZARA" daha çox aşağı qiymətlər seqmentinin kraliçası kimi gündəmə gəlir. "ZAPA" isə daha yüksək kateqoriyada özünə yer tapıb. Məsələn, bu qırmızı kokteyl donuna "ZAPA"-nın qoyduğu qiymət: 249 Avro. Material  97% viskoza. "ZARA"-nın qiyməti - 39,95 Avro. Material - 85%  poliester.

Təqdim olunma

"ZAPA" Fransada və Belçikada 45 şəxsi və 15 ölkədə 200 multibrend mağazalarında öz məhsullarını təqdim etdiyini iddia edir. "ZARA" isə bütün dünya üzrə 2000-dən çox mağazası var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275