BİZNES

Azərbaycanda sürtkü yağları istehsal edən zavod tikiləcək
29 İYUL
213

Azərbaycanda sürtkü yağları istehsal edən zavod tikiləcək

2016-07-29 14:53:00

"Alco Lubricant Company" şirkəti Sumqayıt Kimya Sənaye Parkında (SKSP) sürtkü yağları istehsal edən zavod inşa etməyi planlaşdırır. Layihəyə investisiya qoyuluşları $10 həcmində qiymətləndirilir.

Fins.az-ın verdiyi xəbərə görə, bu gün şirkət SKSP-nin rezidenti lisenziyasını alıb. Bu sənədi şirkətin nümayəndəsinə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov təqdim edib.

"Alco Lubricant Company" parkın 9-cu rezidenti oldu.

Layihə çərçivəsində şirkət park ərazisində alman texnologiyası əsasında sürtkü yağları istehsal edən zavod inşa etməyi planlaşdırır. İllik gücü 30 min ton olacaq zavodun 2017-ci ilin II yarısında istismara verilməsi nəzərdə tutulur. Zavodda 100 nəfərə yaxın işçi çalışacaq.

Zavodda istehsal olunacaq məhsullar daxili tələbatın ödənilməsinə və ixraca yönəldiləcək.

Sumqayıt Kimya Sənaye Parkı ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şəraitin formalaşdırılması, bu sahədə sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə yaradılıb.

Parkın ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabət qabiliyyətli məhsulların (işlərin, xidmətlərin) istehsalı və emalı müəssisələri yaradılacaq.*

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274