BİZNES

“Jalə” şirələri meyvələrdən istehsal olunur?
28 İYUL
419

“Jalə” şirələri meyvələrdən istehsal olunur?

2016-07-28 18:06:00

"Banan Braziliyadan, portağal Afrikadan alınır"

 “Gilan”, ölkədə istehsalı az olan məhsullara baxmayaraq hazırladığı çoxlu "Jalə" təbii məhsullarının sirrini açıqlayıb.

Fins.az "Marja"-ya istinadən xəbər verir ki, “Gilan Holdinq”in informasiya texnologiyaları və makina mühəndisi Ramazan Seyidov jurnalistlərə deyib: 

“Məhsulun qatılaşdırılmış forması olur. Biri var konservant, biri də var qatışladırılmış məhsul. Problemsiz daşınma üçün məhsulları qatılaşdırıb daşımaq daha uyğun olur. Ona görə, aseptik çəlləklər istifadə edilir. Bu çəlləklərdə istər portağal, istər feyxoa, istərsə də qreyfrut qatılaşdırılmış formada gətirilir, yenidən suyla şəkər vurularaq paketləşdirilir və nəhayət, bazara çıxarılır. “Jalə” şirələrinin istehsal prosesində müxtəlif meyvələrdən istifadə olunur. İranda böyük albalı plantasiyaları var. Onlar albalını yığıb qatılaşdırılmış formaya salır və biz də onlardan alıb məhsul istehsal edirik. Banan Braziliyadan, portağal Afrikadan alınır. Hollandiyadan idxal olunan məhsullar da var. Biz bazarın tələbatına uyğun olaraq məhsullar alırıq. Yerli məhsullardan ən çox nar və alma alınır. Alma Qubadan, Qəbələnin özündən və Göyçaydan alınır”.

Bildirilib ki, Göyçayda hektarlarla salınan nar bağları var. Nar şirələri üçün məhsul buradan yığılır və istifadə olunur. Qəbələnin Vəndam kəndində dağdan axan su var və bütün içkilər üçün o sudan istifadə edilir:

“Məhsullar hazır olandan sonra laboratoriyada həmin məhsullardan bir-iki nümunə götürülür və yoxlamadan keçirildikdən sonra bazara çıxarılır. Limonad və meyvə sularının istehsalı zamanı meyvə qəbul olunur. Onun keyfiyyət göstəriciləri yoxlanılır, yuyulur, seçilir, qabıqdan ayrılır, pasterizasiya mərhələsinə ötürülür. Daha sonra isə soyudulur və filtrləmə mərhələsinə keçilir. Bunlar xammal olaraq saxlanıla, yaxud da birbaşa sıxmaya da gedə bilər. Hazır məhsullar ilin bütün mövsümlərində, xammal olaraq aldığımız nar, alma, heyva isə yetişdikləri mövsümdə istehsal olunur. Onları mövsümündə alıb 200-250 qramlıq aseptik torbalarda qablaşdırırıq. Aseptik torbalara yığmamışdan əvvəl meyvələrin çəyirdəkləri, içindəki lifləri və qabığı ayrılır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272