BİZNES

BP-nin mənfəəti azaldı
26 İYUL
149

BP-nin mənfəəti azaldı

2016-07-26 10:49:00

İkinci rüb mənfəətini ilk açıqlayan neft şirkəti BP Plc oldu.

Fins.az şirkət tərəfindən edilən açıqlamaya istinadən xəbər verir ki, BP-nin bu ilin ikinci rübündə mənfəəti 45 faiz azalaraq gözləntilərdən aşağı qalıb. Şirkətin mənfəətinin azalmasına aşağı neft qiymətləri təsir göstərib.

Şirkətdən verilən məlumata görə, mənfəət, ötən ilin eyni dövründə əldə olunan 1.3 milyard dollardan 720 milyon dollara geriləyib. Bloomberg-in sorğusuna qatılan 13 analitikin orta təxmini 819 milyon dollar təşkil edirdi.

Brent neftinin orta qiyməti ikinci rübdə 47.03 dollar olub, 2016-nın ilk yarısında isə ortalama 35.21 dollardan alıcı tapmışdır. Neft, əvvəlki ilin eyni dövründə orta hesabla 63.50 dollardan satılmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272