BİZNES

Azərbaycanda bağlanan müəssisələrin sayı - AÇIQLANDI
25 İYUL
533

Azərbaycanda bağlanan müəssisələrin sayı - AÇIQLANDI

2016-07-25 11:07:00

2016-cı ilin ilk yarısında Azərbaycanda 500-ə yaxın müəssisə fəaliyyətini dayandırıb. Bu barədə fins.az-ın sorğusuna cavab olaraq Dövlət Ststistika Komitəsindən bildirilib. Komitənin məlumatına görə, müəssisələrin ən çox bağlanması mart ayına düşüb – həmin ay 105 müəssisə fəaliyyətini dayandırıb. 

Ümumilikdə, yanvar ayında 59, fevralda 80, martda 105,   apreldə 101, mayda  85, iyunda 64 müəssisə bağlanıb.

Xatırladaq ki, 2016-cı ilin yanvar-iyun aylarında ölkədə 4 min 362 müəssisə və təşkilat yaradılıb. Statistika Komitəsindən bildiriblər ki, onların sayı keçən ilin müvafiq dövrünə nisbətən 29,7 faiz artıqdır.

İlin ilk yarısında bağlanan iş yerlərinin də sayı məlum olub. Belə ki, prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin ilk 6 ayının nəticələrinə həsr olunan müşavirədə bildirilib ki, bu ilin ilk 6 ayında ölkədə 26 min iş yeri bağlanıb. Eyni zamanda, dövlət başçısının sözlərinə görə, bu müddətdə 78 min daimi iş yeri açılıb: «Ümumiyyətlə, iş yerlərinin açılması 90 minə yaxındır. Amma onlardan 78 mini daimi iş yeridir». Dövlət başçısı bildirib ki, yeni açılan iş yerlərinin böyük hissəsi dövlət təşkilatlarında yaradılıb: «Biz görülən tədbirlər nəticəsində, o cümlədən dövlət şirkətlərinin xətti ilə açılmış iş yerlərinin sayı hesabına, - özəl sektorda da bu işlər gedir, - burada da müsbət dinamikanı görürük». 

Qeyd edək ki, əslində bağlanan iş yerlərinin sayı daha artıq ola bilərdi, amma bununla bağlı hökumətin xəbərdarlığından sonra özəl təşkilatlar böyük ixtisara getməyiblər: «Özəl sektora da dövlət qurumları tərəfindən çox ciddi tövsiyə edilmişdir ki, onlar ixtisarlara getməsinlər, bir qədər az pul qazansınlar, ancaq insanları küçələrə tökməsinlər. Ona görə, qeyd etməliyəm ki, özəl sektor da özünü çox məsuliyyətli aparıb»-deyə prezident İlham Əliyev qeyd edib.  

Azərbaycanda fəaliyyətini dayandıran müəssisələrin sayı (DSK-nin məlumatı)

Aylar

Say

Yanvar

59

Fevral

80

Yanvar

105

Aprel

101

May

85

İyun

64

İlk yarım ildə ümumi

494

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272