BİZNES

Baffet milyarderlərin üçlüyündən çıxdı
22 İYUL
343

Baffet milyarderlərin üçlüyündən çıxdı

2016-07-22 17:24:00
Berkshire Hathaway Inc. şirkətinin başçısı milyarder Uorren Baffet bu həftə dünyanın ən varlı insanları siyahısındakı üçüncü yerindən məhrum oldu. Buna səbəb kimi Baffetin aktiv xeyriyyəçiliklə məşğul olması göstərilir.
Hal-hazırda üçüncü yerdə "Amazon" internet-riteylerinin rəhbəri Ceff Bezos dayanır.
Bloomberg Billionaires Index-də göstərilir ki, 21 iyul tarixinə Ceff Bezosun varidatı 65,1 mlrd dollar təşkil edir. Uorren Baffetin isə — ​65 milyard dollar. Bundan öncə isə  Baffet onu 32 millionla qabaqlayırdı.
Deyilənə görə, iyul ayının ortasından Baffet xeyriyəçiliyə 2,9 mlrd. dollar xərcləyib. O, həmçinin Bill Geytsin və onun həyat yoldaşı Melinda Geytsin xeyriyyəçilik fonduna 2,2 mlrd. dollar həcmində səhmlər bağışladı. 
Reytinqdə Bezosu Bill Geyts 89 mlrd. dollarla və İnditex (Zara, Massimo Dutti brendləri) təsisçisi Amansio Orteqa 72 mlrd. dollarla qabaqlayırlar. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272