BİZNES

Avrozonanın bərpasına mane olan problemlər açıqlandı
22 İYUL
145

Avrozonanın bərpasına mane olan problemlər açıqlandı

2016-07-22 16:37:00
Bu gün avro dollara məzənnə kursunda praktik olaraq uduzmayıb. Dünən Avropa Mərkəzi Bankının prezidenti Mario Draqinin çıxışından sonra avro qısa bir zamanda öz mövqeyini möhkəmləndirə bilib. Mario Draqi bildirib ki, Brexit nəticəsində yaranan qiymət dəyişiklikləri ilə bağlı vəziyyət artıq stabilləşib və lazım gələrsə, mərkəzi bank malik olduğu alətlərdən istifadə edərək, prosesə təsir göstərəcək. 
Draqi onu da qeyd edib ki, avrozonanın bərpası bir sıra problemlərlə qarşılaşır. Makroiqtisadi proqnozu aşağı salan risklərin sırasına isə Böyük Britaniyada olacaq referendum, inkişaf etməkdə olan ölkələrdə artım tempinin düşməsi və region ölkələrində müvafiq struktur islahatlarının olmaması da aiddir. 
Son məlumatlara əsasən, Almaniyada işgüzar aktivlik indeksi iyulda 54,5-dən 53,7-ə düşüb. Fransada bu göstərici 50,0-dan 49,6-a enib. Böyük Britaniyada işgüzar aktivlik indeksi 52,3-dən 47,4-ə düşüb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275