BİZNES

"Baku Steel Construction" şirkətinin İdarə Heyətində ciddi strukrur dəyişiliklər
22 İYUL
369

"Baku Steel Construction" şirkətinin İdarə Heyətində ciddi strukrur dəyişiliklər

2016-07-22 11:59:00

Zaqafqaziyada formalı tökmələr istehsalı üzrə yeganə zavodun sahibi olan "Baku Steel Construction" ASC-nin rəhbərliyi yenidən formalaşdırılacaq.

Fins.az "Marja"ya istinadən xəbər verir ki, 26 avqust 2016-cı il tarixində "Baku Steel Construction" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Gündəlikdəki məsələlərə; "Baku Steel Construction" ASC-nin nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi, ASC-nin idarə heyəti üzvlərinin geri çağırılması və səlahiyyətlərinə xitam verilməsi,  təkbaşçı icra orqanının yaradılması ilə əlaqədar baş direktorun təyin edilməsi daxildir.  "Baku Steel Construction" ASC-nin inzibati binası  Bakı şəhəri, Binəqədi şossesi, 53 nömrəli ünvanda yerləşir.

1969-cu ildən fəaliyyətə başlayan "Baku Steel Construction"  yarandığı vaxtdan Zaqafqaziyada formalı tökmələr istehsalı üzrə yeganə zavoddur. Əsasən yüksək təzyiq altında işləyən neft maşın qayırma avadanlıqlarının və sənayenin digər sahələrində istifadə olunan texnoloji mexanizmlərinin tökmə hissələrinin istehsalı üzrə ixtisaslaşıb. Hazırda müəssisə QOST 977 və standartın tələblərinə uyğun olaraq, müxtəlif markalı poladlardan çəkisi 5 kq-dan -5000 kq. -dək və mürəkkəblik dərəcəsi I-IV hədlərində olan müxtəlif konfuqrasiyalı polad tökmələri istehsal edir. Eyni zamanda, çuqundan bədii tərtibatlı tökmələrin istehsalı mənimsənilmişdir. Bu cür tökmələr parklarda, tarixi məkanlarda elektrik dirəklərinin naxışlı hissələrində istifadə olunur. Milli koloritin olmaslına önəm verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272