BİZNES

Venesuelada McDonald's "Biq Mak" -lara çörək tapmır
22 İYUL
218

Venesuelada McDonald's "Biq Mak" -lara çörək tapmır

2016-07-22 10:18:00
Venesuela McDonald's -larında "Biq Mak" menyudan çıxarıldı.
Fins.az-ın Globovision kanalına istnadən verdiyi məlumata görə, buna səbəb xammalın yoxluğudur. McDonald's-ın Venesueladakı yeganə tədarükçüsünün burgerdə iki kotleti bölən çörək ehtiyyatları bitib.
Bundan öncə də Venesuella belə bir problemlə üzləşmişdi. Belə ki orada French fries (qizarılmış kartof) yerinə yerli yurkka kökünü verirdilər.
Xatırladaq ki, Venesuellada inflasiya və büdcə gəlirlərinin neftin ucuzlaşmasına görə azalması fonunda malların kəskin defisiti müşahidə olunur. Supermarketlərdə kütləvi istehlak mallarının 80% yoxdur.
Globovision bildirir ki, Venesuellada "Biq Makın" qiyməti 1700 bolivarddır, bu da $170-a bərabərdir. Müqayisə üçün deyək ki, Azərbaycanda bu burgerin qiyməti 3 manat 80 qəpikdir ($2,4).
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271