BİZNES

Xarici şirkətlərin nümayəndəliyi bağlandı
20 İYUL
451

Xarici şirkətlərin nümayəndəliyi bağlandı

2016-07-20 12:43:00

Azərbaycanda 3 xarici şirkət nümayəndəliyinin ləğv olunduğunu elan edib.

Fins.az "Report"-a istinadən xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin mətbu orqanında məlumat verilib.

Bunlardan biri Rusiyanın "AKTAVİS" şirkətidir. Kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi, ev 20, mənzil 25 ünvanında bildirə bilərlər.

Digər şirkət Böyük Britaniyanın "Bİ CEY SERVİSEZ KOMPANİ MİDL İST LİMİTED"dir. Kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Salyan şossesi 3, 15-ci km ünvanında bildirə bilərlər.

Nümayəndəliyi ləğv olunan 3-cü şirkət isə İsveçrənin "SCHERİNG-PLOUGH CENTRAL EAST AG"dir. Kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 90A ünvanında bildirə bilərlər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270