BİZNES

Azərbaycanın əsas ticarət tərəfdaşı kimdir: İtaliya yoxsa Rusiya?
19 İYUL 2016
211

Azərbaycanın əsas ticarət tərəfdaşı kimdir: İtaliya yoxsa Rusiya?

2016-07-19 17:58:00

Bu ilin iyun ayına olan göstəricilərə əsasən, Azərbaycanın əsas ticarət tərəfdaşları kardinal şəkildə dəyişməyib. Onların arasında İtaliya yenə də lider olaraq qalır.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Fins.az Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki,  ölkənin ticarət dövriyyəsində  Avropa Birliyi ölkələri – 39,99% ($3,147 млрд.) payla təmsil olunurlar. MDB ilə ticarət dövriyyəsi isə 16,13%, və ya $1,270 mlyard təşkil edib.

Qeyd edək ki, bu ilin altı ayında $3,821 milyard səviyyəsində qeydə alınan ümumi ticarət dövriyyəsində  Azərbaycan mənfi saldo nümayiş etdirib.

Statistikaya görə, yanvar – iyun aylarında AB ölkələrinə Azərbaycandan ixrac $2,046  mlrd. təşkil edib, bu isə ümumi ixracın 53,54%-ni təşkil edir. Ümumi tendensiya isə 46,23% azalma nümayiş etdirib. Avropa  Birliyi ölkələrindən Azərbaycana idxal isə 17,21%  duşərək $1,101 mlrd. təşkil edib. Bu ümumi idxalın 27,2%-i  deməkdir($4,047 mlrd.). Nəticədə Azərbaycanın Avropa Birliyi ölkələri ilə ticarət balansında $0,945 mlrd. səviyyəsində müsbət saldo yaranıb.

Yanvar-iyun aylarında  AB və MDB-yə daxil olmayan ölkələr üzrə ixrac 32,97% düşərək $1,462 mlrd.-a enib, idxal isə 16,24% azalaraq $1,961  mlrd. təşkil edib. Nəticədə Azərbaycanın bu ölkələrlə ticarət dövriyyəsində  $0,342 mlrd. kəsir meydana çıxıb.

MDB ölkələrinə ixrac $0,314 mlrd olub və bu  1,27  dəfə artım deməkdir. İdxal isə $0,985  mlrd. səviyyəsində qeydə alınılb. Və bu 4,72% azalma deməkdir. Nəticədə, Azərbaycan MDB ölkələri ilə ticarətdə $0,641 mlrd. mənfi saldo göstərib.

2016-cı il 1 iyul tarixinə olan iqtisadi göstəricilərə əsasən, Azərbaycanın əsas ticarət tərəfdaşları aşağıdakı beşlikdə toplanıb: İtaliya – $0,941 mlrd. (idxal $0,761 mlrd., ixrac $0,180 mlrd.); Rusiya – $0,934 mlrd. (idxal $0,191 mlrd., ixrac $0,743 mlrd.); Türkiyə – $0,686 mlrd. (idxal $0,159 mlrd., ixrac $0,527 mlrd.), Almaniya $0,504 mlrd. (idxal $0,332 mlrd., ixrac $0,172 mlrd.) və Fransa – $0,418 mlrd. (idxal $0,345 mlrd., ixrac $0,073 mlrd.).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0067
  • ₽ RUB
    0.0272