BİZNES

Azərbaycan Əfqanıstanda sement zavodu açacaq
19 İYUL
257

Azərbaycan Əfqanıstanda sement zavodu açacaq

2016-07-19 10:48:00

İqtisadiyyat naziri Şahin Mustafayev və Əfqanıstanın Azərbaycandakı səfiri Məhəmməd Taqi Xəlili Əfqanıstanda sement zavodunun tikintisi və birgə pambıq istehsalının təşkili ilə bağlı məsələni müzakirə ediblər.

“Görüşdə tərəflər Əfqanıstanda sement zavodunun tikintisi və birgə pambıq istehsalının təşkili ilə bağlı fikir mübadiləsi aparıblar”, - deyə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.

Görüşdə Azərbaycan və Əfqanıstan arasında nəqliyyat, loqistika, kənd təsərrüfatı, ticarət və s. sahələr üzrə geniş əməkdaşlıq potensialının olduğu qeyd edilib, ərzaq məhsulları istehsalı üzrə birgə müəssisələrin yaradılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Azərbaycan hökumətinin Əfqanıstana göstərdiyi dəstək və yardımlara görə minnətdarlığını bildirən səfir Məhəmməd Taqi Xəlili ölkəsinin Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272