BİZNES

Biz nə ixrac edirik?
19 İYUL
373

Biz nə ixrac edirik?

2016-07-19 09:50:00

Bu ilin ilk altı ayında Azərbaycanın ixrac etdiyi məhsullar arasında xam neft 76,15 faiz təşkil edir. Ölkədən çixarılan xam neftin miqdarı  10 551 458,26 ton olub. İxarcin 5,33 faizi təbii qazın payına duşüb -  714 396,48 min kub. metr.

Neft və qaz ixracında ötən ilin eyni dövrü ilə müqayisədə azalma müşahidə olunur. Cari ildə elektrik enerjisinin ixracinda da düşmə tendensiyası qeydə alınır. Belə ki, Azərbaycan 166 595,50 min kilovatt/saat elektrik enerjisi ixrac edib.

İxracda artım isə meyvə-tərəvəz sektorunda qeydə alınıb. Belə ki, 2015-ci ilin altı ayı ərzində 132 493,39 ton meyvə-tərəvəz ixrac olunmuşdusa, bu ilin altı ayında həmin rəqəm 165 774,94 tona yüksəlib. Bu isə ixracda 4,36 faiz təşkil edir.

Digər məhsullar üzrə çayın, bitki və heyvan məşəli yağların, şəkərin miqdarında kəskin azalma qeydə alınıb. Məsələn, çay ötən il ixracda 35,4 faiz təşkil etmişdisə, bu il 0,08 faizə düşüb.

Kimya sənayesi məhsullarından ölkəmiz 2015-ci ildə statistik dəyər 63096,67 min ABŞ dolları olmuşdusa, bu ilin altı ayında 27038,98 min ABŞ dollarına düşüb.

Ən böyük artımlardan biri aliminium və ondan hazırlanan məlumatlarla bağlıdır. Belə ki, ötən ilin müvafiq dövründə bu rəqəm 30208,53 ton olmuşdusa, bu il altı ayında 32888,27 tona yüksəlib. Bu isə ixracda 1,13 faiz təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275