BİZNES

Varlı adamların 7 qaydası
18 İYUL
993

Varlı adamların 7 qaydası

2016-07-18 16:00:00

Əgər sizin məqsədiniz varlanmaqdırsa bu tövsiyələr sizə yardımçı olacaq. Maliyyə mütəxəssislərindən “varlı olmağın” sirrini soruşsanız onları cavab çox sadə olacaq. Əgər daima işləyəsən, sadə yaşayasan və hər qəpiyim dəyərini biləsən. Ancaq varlı şəxslər bunlarla razı deyillər. Təvazökar həyat tərzi sürməkdə ayıb bir şey yoxdur.  Dünyaca tanınan investor Uorren Baffet belə qənaətcil həyat tərzi ilə məhşurdur. Lakin sizin məqsədiniz varlı olmaqdırsa, aşağıdakı 7 məsləhət sizə kömək edəcək.

1. Tək maaşlа varlanmaq olmaz

Korporativ nərdivanla yuxarı çıxmaq müəyyən həddə qədər mümkün olacaq. Müəyyən bir gün siz dayancaqsız və bunula sizin maaşınızın artımı da dayancaq. Varlı şəxslər bilirlər ki, varlı olmaq üçün, varınızı artırmaq üçün pulunuz daima işləməlidir. “Varlı ata, kasıb ata” şəxsi maliyyə mövzusuna aid bessellerinin müəllifi özünün bütün maliyyə fəlsəfəsini bu sadə konsepsiya üzərində qurub. Buna nail olmağın ən gözəl yolu passiv mənbələrdən gəlir əldə etməkdir. Belə mənbələr dividendlər, daşınmaz əmlakın kirayə verilməsi, biznes gəlirləri, incəsənət və ya elmi (ixtira) sahə ola bilər. Bir qayda olaraq bu tip mənbələrin gündəlik idarəyə ehtiyacı yoxdur. 

2. Andan yox vaxtdan istifadə edin

Dow Jones indeksinin az öncə aşağı düşməsi onu göstərir ki, heç kəs bazarın sabah hansı istiqamətə dönəcəyini deyə bilməz. Varlı şəxslər bunu bilir və buna görə də özlərini daxili treyderlər kimi aparmırlar. Maliyyə planlaşdırılması üzrə ixtisaslanmış mütəxəssis Piter Lazaroff  “Plancorp” şirkətinin 10 milyon dollar həcmində portfellərini idarə edir. O, deyir: “Vaxt hansısa andan daha vacibdir”. Bir çox insan elə hesab edir ki, “varlı olmaq sirrinin açarı” fond birjasında maliyyə yerləşdirilməsi üçün hər hansısa bir uyğun an tutmaqdadır. Öz növbələrindən imkanlı şəxslər bilirlər ki, vaxt və qəliz faiz kapitalın artımından əsas rola malik amillərdir. Baxmayaraq ki, bu variant ilk baxışdan məntiqsiz görünə bilər.

3. Öz ideyalarınızı qeyd edin (yazın)

Uğur qazanmış şəxslər öz ideyalarını yazırlar və bu da onları digərlərindən fərqləndirən cəhətdir. Əgər sizin üçün uğur varlı olmaqdan ibarətdirsə iri və ya kiçik məqsədləriniz üçün qeyd dəftəri tutmağın tam zamanıdır. “Varlı vərdişlər: İmkanlı şəxslərin gündəlik vərdişləri” kitabının müəllifi Tomas Korli qeyd edir ki, 67% varlı şəxslər öz məqsədlərinin qeydiyyatını aparar, 81% gündəlik görüləcək işlər siyahısı tutur. Multimilyarder olmaq istəyirsinizsə öz məqsədinizi və bu məqsədə nail olmaq üçün fəaliyyət planınızı bir kağız üzərində yazıb, təsvir edin. 

4. Qiymət və dəyər arasında fərqi anlayın

“Arlington Capital Management” şirkətinin baş portfel idarəçisinin Castin Kumarın sözlərinə görə “Varlı şəxsin üç ən yaxşı dostu: Onun vəkili, mühasibi və maliyyə konsultantıdır. Varlı şəxslər qanun və vergi kodeksini öz xeyirlərinə istifadə edir, bununla da varlarını maksimum həddə çatdırırlar. Onlar qimyətli məsləhətlərlə pul xərcləməkdən qorxmurlar”. Orta təbəqə hər tərəfdən öz xərclərini sərhədləyir ki, bəlkə bir az pul qənaət etsin, lakin yekun nəticə çox vaxt onların gözləntilərini doğrultmur. Kumar deyir ki, “Varlılar qiymətə yox dəyərə fikir verirlər”

5. Əlavə şeylərə daha az pul xərcləyin

Pula qənaət etmək üçün restoranda gündəlik lattedən imtina etmək olar. Varlılar yığdıqlarına prespektiv nöqtəsindən yanaşır və müəyyən özlərinə müəyyən hədlər qoyurlar. Kilinik psixoloq Pol Sallivan və dəvət olunmuş Kanzas Dövlət Universitetinin professoru Bred Klonts çox varlı və orta təbəqə insanlarının vərdişlərinə dair araşdırma həyata keçiriblər. İmkanlılar restoranlara orta təbəqə nümayəndələrindən 3 dəfə az pul xərcləyir və qənaət etdikləri pulu gələcək üçün saxlayırdılar. “Fotune” jurnalında Sallivan yazır ki, “Məhz bu məbləğ: Starbucksdan bir latte qiyməti əzəldən varlıları yerdəqalan digərlərindən ayırıb”.

6. Özünüz öz rəhəbəriniz (bossunuz) olun

Muzdlu işçilər öz rəhbərlərinin rifahı üçün çalışırlar. Varlı olmaq məqsədinə çatmaq üçün öz biznesinizi qurmaq haqqında düşünün. “Forbes” jurnalının məlumatı görə 1426 nəfərlik milyarderlər siyahısında olanların əkrəsiyyəti ilk kapitallarını şəxsi və ya ailəvi biznes hesabına qazanıblar. Maliyyə analitiki və CNN, NBC və CBS kimi kanalların daimi qonağı Robert Uilson qeyd edir ki, “Orta təbəqənin nümayəndələrinin əksəriyyətinin fikrincə şəxsi biznesə başlamaq çox çətin və risklidir. Onlardan fərqli olaraq imkanlı insanlar anlayırlar ki, ən böyük risk başqa bir rəhbərin sənin maaşıvın həddini ölçəməsidir. Aydındır ki, onu sənin həyat məqsədlərin elə də maraqlandırmır”. 

7. Digər insanların pullarını cəlb edin

Sadə insan üçün “puldan pul çıxır” ifadəsi artıq köhnə və mənasız bir şey kimi səslənir. Varlılar üçün bu qızıl qanundur. Bu amildə digərlərin gəlirindən istifadə edərək öz kapitalınızı artırmaq əsas açardır. Uilsonun sözlərinə görə: “Müasir texnologiyalar əsrindən məhz texnologiyaların bəzi ixtisasları öldürdüyü bir dövrdə pul müqabilinə vaxtını ancaq ağılsızlar satırlar. Pul, bank, investorlar və işçi heyətin tutulması gəlir əldə edilməsi üzrə yoxlanılmış uğur formulasıdır. Hələ biznesə müsbət təsir edən vergi qanunvericiliyindən danışmırıq”. Siz öz biznesinizə başlmaq üçün əlavə gəlir cəlb edirsiniz və ya daşınmaz əmlak ticarəti ilə məşğulsunuz fərq etməz, digərlərin pulundan istifadə qazanc əmsalına da müsbət təsir edir, onu artırır. Düzdü. Bu riskli bir oyundur. Bir qayda olaraq sırf öz maliyyəvə güvənərək oyuna başlamaq daha rahatdır. Amma bu zaman dahi Uorren Baffetin “Risk sizin nə etdiyinizi bilmədiyiniz zaman əmələ gəlir” sözlərini yada salmaq lazımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272