BİZNES

Eynək taxmamağın itkisi 227 milyard dollardır
08 İYUL
558

Eynək taxmamağın itkisi 227 milyard dollardır

2016-07-08 14:29:00

Dünya İqtisadi Forumunun "Qlobal İnkişaf Üçün Eynək İstifadəsi" başlıqlı hesabatına görə, görmə qüsurlarının sağlamlıq tərəfi ilə yanaşı iqtisadi təsirləri də var.

Fins.az "Marja"-ya istinadən xəbər verir ki, eynək ehtiyacı olub istifadə etməyən böyüklər səbəbindən qlobal iqtisadiyyatda illik 227 milyard dollarlıq məhsuldarlıq itkisi baş verir. Sadəcə oxuma eynəyinin təmin edilməsi vəziyyətində belə, illik 34%-lik məhsuldarlıq artımı gözlənilir.

Hesabata görə, insanların görmə qabiliyyətlərinin artması, sosial-iqtisadi inkişafı sürətləndirir. Uşaqların görmə qüsurlarını düzəltmək, onların daha təhsilli olmasına töhfə verir. Böyüklərin görmə problemlərini aradan qaldırmaq da məhsuldarlığı artıraraq, əmək bazarı və iqtisadiyyata əhəmiyyətli müsbət təsir dir. Hesabata əsasən, dünyada 2.5 milyard insan eynək istifadə etmədiyi üçün yaxşı viziyon təmin edə bilmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270