BİZNES

Foreksdən nə qədər pul qazanmaq olar? - TÖVSİYƏLƏR
05 İYUL
497

Foreksdən nə qədər pul qazanmaq olar? - TÖVSİYƏLƏR

2016-07-05 16:39:00

“Foreksdə qazanclı ola bilmək üçün bir saat da kifayətdir“. Bunu fins.az-a açıqlamasında Kapital Menecmet İnvestisiya Şirkətinin direktoru Cəfər İbrahimli deyib.

Foreks bazarında gündəlik orta hesabla 4.2 trilyon dollardan artıq əməliyyat aparılır. Hər gün nə qədər pul qazanılması isə birbaşa olaraq şəxsin əməliyyatı neçə mövqedə aparmağından asılıdır. Yəni bəzən şəxs avro-dollar əməliyyatını gündə 10 dəfə və ya həftə ərzində bir dəfə apara bilər.

Cəfər İbrahimlinin sözlərinə görə, bu bazarda hər gün yüzlərlə maliyyə əməliyyatı aparılır və bunlar risklərə yol açır. Foreks bazarında  bir şəxs qazanırsa, digəri mütləq itirir.

Cəfər İbrahimli nisbətən təcrübəsiz şəxslərin foreks bazarında daha az rsikli törəmə maliyyə alətləri- səhm, istiqraz və s. əməliyyatlarının aparılmasını tövsiyə edir. Beləcə həmin şəxsləri daha riskli maliyyə əməliyyatlarına yönəltmək olar.

Foreks bazarının fond bazarından əsas fərqi aşağıdakılardır:

  • Foreks bazarı fond bazarlarından fərqli olaraq heç  vaxt bağlanmır.
  • Fond birjalarına müxtəlif ölkələrdə nəzarət olunduğu halda (Azərbaycanda- Maliyyə Bazarına Nəzarət Palatası, Türkiyədə - Sermaye Piyasası Kurulu) foreks bazarlarını  heç kəs tənzimləmir.

Ekspert Foreks bazarının risklərini nəzərə alaraq, Azərbaycan vətəndaşlarını  öz vəsaitlərinin idarə edilməsini  investisiya şirkətlərinə həvalə etməsini daha uğurlu hesab edir:

 “Amma, əgər şəxs məsələyə düzgün baxmağı bacarır, bazarı təhlil edə bilirsə, onda həmin şəxsin kompüter arxasında bir saat vaxt keçirməsi kifayətdir. Yəni, bazardan xəbərdar olan şəxs vacib xəbərlərin günün hansı saatlarında çıxacağını əvvəlcədən bilir. Buna görə də zaman və şəraitdən asılı olaraq mövqeyi müəyyənləşdirmək həmin şəxslər üçün o qədər də çətinlik törətmir. Günün bütün saatlarını kompyuter arxasında keçirməyə ehtiyac yoxdur” deyə Cəfər İbrahimli əlavə edib.

Bəs foreks bazarında risrli günlər

4-5 illik araşdırmadan sonra məlum olub ki, həftənin cümə günləri əməliyyat aparmaq üçün ən riskli günlər hesab olunur. Bu günlərdə qiymətlərin düşmə riski adətən daha yüksək olur.

Hansı saatlarında əməliyyat aparmaq daha sərfəlidir?

Cəfər İbrahimli hesab edir ki, burada əməliyyat apardığınız valyuta böyük əhəmiyyət daşıyır. Məsələn, türk lirəsi ilə əməliyyat aparırsınızsa bu zaman Türkiyə Mərkəzi Bankının açıqlamaları, xarici ticarət dövriyyəsi və infliyasiya həddi nəzərə alınmalıdır. Qonşu ölkə olduğumuz üçün bu ölkənin xəbərləri təxminən yerli saatla üst-üstə düşür.

Dollar və avro ilə əməliyyat aparan şəxslərləri maraqlandıracaq xəbərlər isə  günortadan sonra, axşam saatlarında çıxır. Bu isə, Amerika və Çin kimi ölkələrlə olan saat fərqindən qaynaqlanır.

Hansı  məbləğlə əməliyyata başlamaq sərfəlidir?

Foreksdə 1000 dollarlıq vəsaitlə 100 min dollarlıq əməliyyat aparmaq mümkündür.  Burada bankların investorlar üçün tətbiq etdiyi marja 1-20, 1-50 və 1-100 arasında dəyişir. Ona görə də az məbləğlə, 20, 50 və 100 qat daha artıq  əməliyyat aparmaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272