BİZNES

“Lider Cola”nın fabrikində partlayış
05 İYUL
375

“Lider Cola”nın fabrikində partlayış

2016-07-05 09:44:00

Dünən gecə saatlarında Bakının Xocasən qəsəbəsində yerləşən “Lider Cola” şirkətinə məxsus istehsal fabrikində partlayış baş verib.

İçkilərə vurulan karbon qazının toplandığı çənin partlaması nəticəsində şirkətin istehsal binasına, eləcə də yaxınlıqdakı evlərə ziyan dəyib. 

İlkin məlumatlara görə, 3 ev zədələnib. Partlayış gücü yüksək olduğu üçün hadisə yerindən 400 metr aralıda yerləşən yaşayış sahəsinin daş hasarı uçulub.

Bədbəxt hadisə nəticəsində ölən və yaralananların olmadığı bildirilib. Qonşuluqda yaşayan sakinlərin sahur etdikləri üçün partlayış vaxtı ev içində olmayıblar. Faktla əlaqədar araşdırma aparılır.

Mənbə: ANS

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272