BİZNES

Tekila və saça qulluqla 3 milyard qazandı
05 İYUL
292

Tekila və saça qulluqla 3 milyard qazandı

2016-07-05 09:38:00

Con Pol DeCoriya Paul Mitchell brendinin (saça qulluq vasitəsi), Patrón tekila içkisinin sahibi və Forbes reytinqinə görə dünyanın ən varlı 300 şəxsindən biridir. O iki dəfə heç nəsiz küçələrə düşmüş və uzun illər boyunca günə 2 dollar qazanaraq yaşamışdı. DeCoriya Coca-Cola şüşələrini yığaraq təhvil verən, eksiklopediya satıcısı və s. işlərlə məşğul olub.

DeCoriya 1980-ci ildə saç ustası olan Paul Mitchell ilə tanış olur və onlar birlikdə John Paul Mitchell Systems şirkətinin əsasını qoyurlar. O Entrepreneur nəşrinə verdiyi müsahibəsində bildirmişdi: “Mənim partnyorumun 350 dolları var idi. Mən də öz anamdan 350 dollar borc götürdüm və biz öz biznesimizə start verdik. Bu pulları ilk məhsulların hazırlanmasına sərf etdik (iki növ şampun və bir saça qulluq vasitəsi). Bu bizim iki həftəmizi aldı, növbəti iki həftədən sonra isə hesablar gəldi. Paul Mitchell Systems şirkətimizə sərmayə yatırmalı olan investorumuz var idi. Pullar gəlməli idi, lakin bir qəpik belə olsun gəlmədi”. O hesabları ödəmək üçün növbəti iki həftə ərzində öz köhnə Rolls Royse avtomobilində gecələməli olur.

DeCoriya və Mitchell öz brendlərini tanıtmaq üçün gözəllik salonlarını gəzir və pulsuz məhsul təqdimatı keçirirlər. Onlar zəmanət verirdilər ki, saça qulluq üçün əla vasitə olan Paul Mitchell müştərilərin rəğbətini qazanacaq, əks təqdirdə məhsul üçün ödənilən qiymət tam olaraq geri qaytarılacaqdı. İki aydan sonra şirkət bütün borclarını ödəməyə nail olur, DeCoriya və Mitchell isə ilk gəlirləri olan 4000 dolları əldə edirlər. 1993-cü ildə Paul Mitchell məhsulları artıq dünyanın 30 ölkəsində satılırdı. Qeyd edək ki, Forbes John Paul Mitchell Systems şirkətinin gəlirini 1 milyard dollar, Bloomberg isə 750 milyon dollar olaraq qiymətləndirir.

Bununla yanaşı, DeCoriyanın əsas gəlirini premium-sinfinə aid Patrón adlı tekila içkisidir. Şirkət hər il 1,1 milyard dollar qazanır. Forbes nəşrinin qiymətləndirməsinə əsasən, hazırda DeCoriyanın sərvəti 3,2 milyard dollar təşkil edir. Bloomberg agentliyinin məlumatına görə isə, bir zamanlar səfil olan bu şəxsin cari sərvəti 4,5 milyard dolları geridə qoyur.

Mənbə: Banker.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272