BİZNES

Kimlər kiçik və orta sahibkar sayılacaq? - YENİ QƏRAR
04 İYUL
236

Kimlər kiçik və orta sahibkar sayılacaq? - YENİ QƏRAR

2016-07-04 09:19:00

Nazirlər Kabineti “İri, orta və kiçik sahibkar meyarları” haqqında qərarında dəyişikliklər edib.

Dəyişikliklər kiçik və orta sahibkarlıq meyarları ilə bağlıdır.

İndiyə qədər işçilərinin orta siyahı sayı 25 nəfərədək, illik gəliri 120 min manatadək olan sahibkarlar kiçik sahibkarlar, işçilərinin orta siyahı sayı 25 nəfərdən 125 nəfərədək, illik gəliri 120 min manatdan 1 milyon 250 min manatadək  olan sahibkarlar orta sahibkar hesab edilib.

Dəyişikliyə əsasən  kiçik və orta sahibkarlıqla bağlı illik gəlir meyarları dəyişib. Bundan sonra illik gəliri 200 min manatadək olan sahibkarlar kiçik sahibkar, illik gəliri 200 min manatdan 1 milyon 250 min manatadək olan sahibkarlar orta sahibkar hesab ediləcək. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270