BİZNES

"Bu təklifləri Prezidentə çatdıracağıq" - İŞGÜZAR FORUM
29 İYUN
246

"Bu təklifləri Prezidentə çatdıracağıq" - İŞGÜZAR FORUM

2016-06-29 16:40:00

Bu gün Bakıda Caspian European Club-un növbəti biznes forumu baş tutub. Fins.az-ın APA-ya istinadən xəbərinə görə, forumun budəfəki qonağı vergilər nazirinin müavini İlkin Vəliyev olub.

Caspian European Club-un baş icraçı direktoru Telman Əliyev bildirib ki, klub 2002-ci ildə yaranıb və yarandığı gündən ona Azərbaycan prezidenti İlham Əliyev sədrlik edir:

"Klubun əsas məqsədlərindən biri neft-qaz sektorundan əldə olunan gəlirləri qeyri-neft sektoruna cəlb etmək, dövlət-biznes əlaqələrini inkişaf etdirməkdir. Hazırda klub çərçivəsində bir sıra klublar fəaliyyət göstərir və sahə klubların rəhbərləri hamısı Azərbaycan, habelə regional şirkətlərin rəhbərləridir. Klub tərəfindən təşkil olunan görüşlərdə səsləndirilən təkliflər president İlham Əliyevə təqdim edilir. Caspian European Club bundan sonra Vergilər Nazirliyi (VN) ilə mütəmadi görüşlər təşkil edəcək. Bu görüşlərdə səsləndirilən təkliflər nəzərə alınacaq".

T. Əliyev vurğulayıb ki, klubun məqsədlərindən biri də bu cür görüşlər təşkil edərək kluba üzv olan özəl şirkətlərin rəhbərləri ilə dövlət qurumlarının rəsmiləri arasında təmas yaratmaqdır, onlara bir-birilərini dinləməyə imkan yaratmaqdır.

Daha sonra çıxış edən İlkin Vəliyev bu görüşə görə, Caspian European Club-a təşəkkür edib. Onun sözlərinə görə, ötən ildən kiçik və orta sahibkarlıq subyektlərində yoxlamalar iki dəfə azalıb. İ. Vəliyev əlavə edib ki, VN sahibkarlıq subyektləri ilə münasibətlərini partnyorluq əsasında qurmağa çalışır.

Qeyd edək ki, Caspian European Club-un İcraiyyə Komitəsinin qərarına əsasən, İ. Vəliyevə klubun fəxri üzvü seçilib və ona müvafiq sertifikat təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272