BİZNES

Azərbaycanda bitki mühafizəsi üçün dərmanlar istehsal ediləcək
29 İYUN
172

Azərbaycanda bitki mühafizəsi üçün dərmanlar istehsal ediləcək

2016-06-29 10:31:00
Sumqayıt Kimya Sənaye Parkında Azərbaycanda bitki mühafizəsi vasitələri istehsal edən müəssisə inşa olunacaq.

"Aqrokimya Azərbaycan" MMC Sumqayıt Kimya Sənaye Parkında Azərbaycanda ilk dəfə bitki mühafizəsi vasitələri olan pestisidlərin – bitkilərin ziyanvericilərdən, xəstəliklərdən, alaq otlarından mühafizəsi üçün aqrokimyəvi məhsulların istehsalını və satışını həyata keçirəcək.

"Marja" xəbər verir ki, bununla əlaqədar olaraq, yaxın zamanlarda sənaye parkının 18 hektar ərazisində yeni yaradılacaq istehsal müəssisəsinin tikinti işlərinə başlanılması planlaşdırılır. Zavodun 2017-ci ilin ikinci yarısında fəaliyyətə başlaması gözlənilir.

Layihə çərçivəsində parkın ərazisində ildə 57 min ton maye halında və 13 min ton toz halında pestisidlər istehsal edən müəssisə inşa ediləcək. Müasir avadanlıqlar və texnologiyalarla təchiz ediləcək zavodda 100-dən artıq insanın işlə təmin olunması nəzərdə tutulur. Burada istehsal olunacaq məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, xarici ölkələrə də ixrac olunacaq.

Qeyd edək ki, "Aqrokimya Azərbaycan" MMC bu ilin iyun ayında Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusunu alıb. Bu müəssisə Sumqayıt Kimya Sənaye Parkının sayca 8-ci rezidentidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275