BİZNES

Azərbaycanda maliyyə sektoruna investisiyalar kəskin azalıb
28 İYUN
191

Azərbaycanda maliyyə sektoruna investisiyalar kəskin azalıb

2016-06-28 15:39:00

Bu ilin yanvar-may ayları ərzində Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşlarının 0,2 mln. manatı və ya 0,004%-i maliyyə və sığorta fəaliyyəti ilə bağlı olub. Ötən ilin eyni dövründə isə bu göstərici 17,8 mln. manat və ya 0,3% təşkil edib.

Fins.az Banker.az-a istinadan xəbər verir ki, bu sahəyə investisiyaların həcmində ötən ilin müvafiq dövrü ilə müqayisədə kəskin azalma müşahifə olunub. Müqayisəli qiymətlərlə əvvəlki ilin müvafiq dövrünə nisbətən sərmayə qoyuluşunun həcmi 89,7% azalıb.

Qeyd edək ki, bu ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 5 388,8 mln. manat vəsait yönəldilib, onun 4 591,1 mln. manatı və ya 85,2 %-i məhsul istehsalı obyektləri, 601,5 mln. manatı və ya 11,2%-i xidmət sahələri üzrə obyektlər, 196,2 mln. manatı və ya 3,6%-i isə ümumi sahəsi 554,5 min kv. metr olan yaşayış evlərinin tikintisinə sərf olunub.

Ümumi sərmayənin 22,7%-i dövlət, 77,3%-i qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşüb. Əsas kapitala yönəldilmiş vəsaitlərin 69,1%-i tikinti-quraşdırma işlərinə sərf edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274