BİZNES

Aydın Əliyev türk biznesmenləri ilə görüşüb
25 İYUN
402

Aydın Əliyev türk biznesmenləri ilə görüşüb

2016-06-25 01:53:00

Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın ƏliyevTürk Sənayeçi və İş Adamları Beynəlxalq Cəmiyyətinin (TÜSİAB) sədri Cəlil Polatın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

DGK-dən fins.az-a verilən məlumata görə, görüşdə A. Əliyev dünyada baş verən son iqtisadi proseslərin Azərbaycan iqtisadiyyatına mənfi təsirini minimuma endirmək üçün biznes mühitinin, sahibkarlıq fəaliyyətinin yaxşılaşdırılması, beynəlxalq ticarətin asanlaşdırılması və sürətləndirilməsi, gömrük işinin daha da səmərəli və şəffaf qurulması üçün xüsusi tədbirlərin həyata keçirildiyini bildirib.

Komitə sədri gömrük işinin səmərəli təşkili üçün görülən işlərdən bəhs edərək, müasir tələblərə cavab verən qanunvericilik bazasının hazırlanıb həyata keçirilməsi, İKT-nin tətbiqi və maddi-texniki bazanın dünya standartları səviyyəsində qurulması, kadrların potensialının artırılması istiqamətində görülən işlər barədə məlumat verib.

A. Əliyev bildirib ki, DGK sahibkarlarla, o cümlədən türk iş adamları ilə mütəmadi görüşlər keçirir və bu müzakirələr gömrük-biznes əməkdaşlığına, sahibkarlıq mühitinin inkişafına müsbət təsir edir.

TUSİAB-ın sədri C. Polat son vaxtlar biznes mühitinin və sahibkarlıq fəaliyyətinin daha da  yaxşılaşdırılması üçün aparılan islahatları dəstəklədiklərini və bu islahatların türkiyəli iş adamlarının  çevik, səmərəli fəaliyyəti üçün mühüm imkanlar yaratdığını vurğulayıb. O qeyd edib ki, Azərbaycanda yaradılan münbit investisiya mühiti ilə əlaqədar türkiyəli iş adamları ölkəmizə investisiya yatırmağa, konkret olaraq irihəcmli istehsal sahələrinin yaradılmasında öz töhfələrini verməyə maraqlıdırlar və bu istiqamətdə TÜSİAB müvafiq tədbirlər həyata keçirir.   

Görüşdə qarşılıqlı maraq doğuran bəzi məsələlər barəsində ətraflı fikir mübadiləsi aparılıb.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274