BİZNES

Aqrar sektorun inkişafına nə mane olur?
24 İYUN
110

Aqrar sektorun inkişafına nə mane olur?

2016-06-24 12:22:00

Azərbaycanda kənd təsərrüfatının inkişafına mane olan, bu sahədə dəyər zəncirinin yaradılmasını əngəlləyən əsas amillərdən biri ölkədə yetərli ixtisaslı kadrların olmamasıdır. Bunu "Report"a "Azersun Holding" MMC-nin icraçı direktoru Savaş Uzan bildirib.

Onun sözlərinə görə, kənd təsərüfatında təcrübəli kadrların azlığı, yəni yerli əmək bazarında təcrübəli, müasir texnologiyalarla tanış olan baytar, aqronom, yemləmə və s. ixtisaslar üzrə mütəxəssislərin tapılması çox çətindir.

"Kənd təsərrüfatı sektorunda maneələr ancaq bununla bitmir. Eyni zamanda, Azərbaycanda məhsulların qablaşdırılması sənayesi də zəif inkişaf edib. Xarici bazarlara ixrac əməliyyatları həyata keçirmək üçün məshulun keyfiyyətli olması yetərli deyil, qablaşdırma da eyni keyfiyyətə cavab verməlidir. Bununla əlaqədar müvafiq şəkildə şüşə qablar, dəmir konserv qablarının istehsalı təşkil olunmalıdır", - deyə S.Uzan qeyd edib.

Şirkətin direktoru aqrar sahə üçün gübrələrin xüsusi əhəmiyyət kəsb etdiyini və bu sənayenin Azərbaycanda zəif inkişaf etməsinin əsas çətinliklərdən biri olduğunu hesab edir: "Demək olar ki, ölkəyə bütün növ gübrə, dərman və toxumlar idxal olunur. Bu da öz növbəsində məhsulun maya dəyərinin artmasına səbəb olur. Bu çətinliklərin aradan qaldırılması üçün böyük işlər görmək lazımdır".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270