BİZNES

OPEK ölkələrinin gəlirləri 2 dəfə azalıb- HESABAT
24 İYUN
148

OPEK ölkələrinin gəlirləri 2 dəfə azalıb- HESABAT

2016-06-24 09:32:00

2015-ci ildə OPEK-ə üzv ölkələrin neftin satışından gələn daxilolmaları son 10 ilin minimum həddinə çatıb. Fins.az xəbər verir ki, ötən il neft kartelinin gəliri 2014-ci illə müqayisədə 45,8% azalaraq 518.2 milyard dollar təşkil edib. OPEK-in hesabatına görə, 2015-ci ildə bu rəqəm 956,2 milyard dollar təşkil edib.

Eyni zamanda, 2015-ci ildə OPEC-ə üzvü olan 13 ölkənin neft ixracı 1,7% və ya  23,6 milyon barelədək artıb.

Bununla belə məlum olub ki, ən böyük gəlir azalmasına OPEK liderləri məruz qalıblar. Belə ki, Səudiyyə Ərəbistanı gəlirləri 1,8 dəfə azalıb.  Bu ölkə 2014-cü ildə neft satışından 284,4 milyard dollar, 2015-ci ildə isə 157.9 milyard dollar  əldə edib.

Küveytin gəliri də yarıbayarı azalıb - 97,5 milyard dollardan 48,8 milyarda enib.

BƏƏ gəlirləri də demək olar ki, iki dəfə azalıb - 97.2 milyard dollardan 52,4 milyard dollara enib. Nəticədə dünya bazarlarında neftin qiymətinin düşməsi və ölkənin neft gəlirlərinin azalması səbəbindən təşkilat üzvləri olan ölkələrdə 2015-ci ildə 99,6 milyard dollar həcmində cari əməliyyatların hesab kəsiri qeydə alınıb. Halbuki bir il əvvəl 238.1 milyard dollarlıq profisit əldə edilmişdi.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272